Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar    

Türk dövlətlərinin idmançıları Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 41 medal qazanıblar...

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev məlumat verib.

“Bütün idmançılarımızı və azarkeşlərimizi təbrik edirik!”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Qazaxıstan idmançıları bir qızıl, üç gümüş və üç bürünc olmaqla yeddi medal, Qırğızıstan idmançıları 6 olimpiya medalı (2 gümüş və 4 bürünc), Türkiyə komandası isə üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıblar.

Parisdə keçirilən Yay Olimpiya Oyunları Özbəkistanın müstəqillik tarixində ən uğurlusu olub: idmançılar 13 medal - 8 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər.

Medal sıralamasında Özbəkistan 13-cü, Azərbaycan 30-cu, Qazaxıstan 43-cü, Türkiyə 64-cü, Qırğızıstan 68-ci yerdə qərarlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar