Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Xəbər verdiyimiz kimi, sentyabrın 1-i keçiriləcək növbədən kənar parlament seçkilərinə deputatlığa namizədlərin siyahısı ötən günlərdə ictimaiyyətə təqdim edilib. Siyahıda 1030 namizəd var...

74 saylı Masallı seçki dairəsindən isə deputatlığa 7 namizəd var. Onlardan biri də Məşhur Məmmədovdur.

Mediada Məşhur Məmmədovun adı ”biznesmen-deputat” kimi hallanır. 

Hətta onun “Embawood”un sahibi olduğu ilə bağlı iddialar da var. O, 28 oktyabr 2016-cı ildə keçirilən "Qeyri-neft sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbirdə "Embawood" MMC”nin sədri kimi çıxış edib. 2017-ci ilin sonuna olan məlumata görə isə, Məşhur Məmmədov "Embawood" MMC”də 32 faizlik paya sahibdir.

Maraqlısı odur ki, Məşhur Məmmədovun namizəd olduğu dairədə rəqiblərindən biri məhz “Embawood”un satış meneceri Cavid Xalıqzadədir.

Qeyd edək ki, “Embawood” 1996-cı ildə qurulub. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur. Bu gün “Embawood” şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə “Embawood” şirkətinə məxsus satış nöqtələri vardır. Azərbaycanda toplam sahəsi 85 000 kv.metrdən çox olan 141 mağazası fəaliyyət göstərir. 

Onu da bildirək ki, Məşhur Məmmədov VI çağırış Milli Məclisin deputatı olub. O, həm də Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.

Qeyd edək ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Məşhur Məmmədov bir müddət əvvəl "Embawood" MMC”dəki hissələrini təhvil verib. O hazırda “Perla” mağazalar şəbəkəsi, “Foriella” istehsal şirkəti və “Ofissa” ofis mebeli şirkətinin sahibidir.(Bizim.media)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

"Formula-1"lə bağlı Mərkəzi Bankın nağd pul ofisi fəaliyyətini dayandıracaq

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Ən çox oxunanalar