Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp 2022-ci ildə aparılmış axtarışa görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək

ABŞ-nin keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2022-ci ildə Florida ştatındakı Mar-a-Laqo mülkündə Federal Təhqiqatlar Bürosunun (FTB) apardığı axtarışa görə məhkəmə yolu ilə ABŞ Ədliyyə Nazirliyindən 100 milyon ABŞ dolları təzminat tələb etməyi planlaşdırır...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Trampın hüquqşünaslar komandası axtarışın sırf siyasi təqib məqsədilə aparıldığına əmindir.

Onlar artıq Ədliyyə Nazirliyinə məhkəmədə iddia qaldırmaq niyyəti barədə bildiriş göndəriblər. Nazirliyə məsələni məhkəmədən kənar qaydada həll etmək üçün bildirişin alındığı tarixdən etibarən, 180 gün vaxt veriləcək, əks halda, iş Florida ştatının Cənub dairəsi üzrə Federal Məhkəməsinə göndəriləcək.

FTB-nin əməkdaşları 2022-ci ilin avqustunda Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış zamanı ümumilikdə 102 sənədi müsadirə ediblər. Onlardan 17-si “tam məxfi” qrifli sənəd olub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay