Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Müdafiə Nazirliyinin (MN) Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib...

Poliqon xəbər verir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Heybətqulu oğlu Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

***

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

"Qafqazinfo"nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

"Taliban" gündə beş dəfə məscidə getməyən dövlət qulluqçularını cəzalandıracaq  

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Ən çox oxunanalar