Cümə, 02 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyasi-şərhçi: Qərb Gürcüstan üçün inqilab ssenarisi hazırlayıb...

ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq...

Cavanşir Abbaslı: “Bu ilin aprelindən etibarən “Xarici agentlər haqqında” Qanunun gündəmə gəlməsindən və parlamentdə təsdiq edilməsindən sonra hazırkı “Gürcü Arzusu” iqtidarının devrilməsi ilə bağlı düyməyə basılıb”.

“Düşünürəm ki, bu proses səngimiş kimi görünsə də, Qərbin inqilab planı hələ davam edir. Sadəcə gözləmə mövqeyindədirlər”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı ABŞ-ın Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ABŞ Gürcüstan hökuməti üçün dayandırdığı maliyyə yardımını QHT-lərə və mediaya ayıracaq. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

Belə bir addım əslində ABŞ-ın Gürcüstanda rəngli inqilab hazırlığı içində olduğunu rəsmi Tbilisiyə çatdırmaq deyilmi və əgər payızda indiki iqtidar seçkilərdə qalib gələrsə, Gürcüstan-ABŞ münasibətləri düşmən münasibətlərə dönüşə bilərmi?

ABŞ-Gürcüstan münasibətlərini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “İstənilən halda indiki gürcü iqtidarının üzümüzə gələn seçkilərdə də qalib gələcəyini düşünürəm”.

Qərb dünyasının Gürcüstana açar ölkə gözü ilə baxdığını xatırladan ekspert Poliqon-a bildirib ki, bunun üçün də ABŞ bu dövlətlə münasibətlərini heç zaman ən kritik həddə qədər pisləşdirməz:

“Amerika artıq neçə aydır ki, qonşu Gürcüstanda növbəti inqilab planını həyata keçirmək üçün iş başındadır. Bu ilin aprelindən etibarən “Xarici agentlər haqqında” Qanunun gündəmə gəlməsindən və parlamentdə təsdiq edilməsindən sonra hazırkı “Gürcü Arzusu” iqtidarının devrilməsi ilə bağlı düyməyə basılıb. Bunun üçün Tiflisdə keçirilən etiraz aksiyalarını misal çəkə bilərik. Hətta həmin aksiyalarda bir sıra Qərb ölkələrinin başçıları da iştirak edirdi.

Düşünürəm ki, bu proses səngimiş kimi görünsə də, Qərbin inqilab planı hələ davam edir. Sadəcə gözləmə mövqeyindədirlər. Bildiyimiz kimi, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, həmin vaxt qonşu ölkəni etiraz dalğası bürüyə bilər. İstənilən halda indiki gürcü iqtidarının üzümüzə gələn seçkilərdə də qalib gələcəyini düşünürəm. Çünki, hazırkı bu iqtidarın əsas müxalifətdəki rəqibi olan qüvvələrin əksəriyyəti hazırda Gürcüstan həbsxanasından qurtula bilməyən keçmiş prezident Mixail Saakaşviliyə lider gözü ilə baxan qüvvələrdir. Həmin qüvvələr də hakimiyyətə gəlmək üçün hələ ki, yetərli səs faizinə sahibinə deyillər. Əgər o qədər böyük nüfuza sahib olsalar aksiyalar təşkil edib liderlərini həbsxanadan çıxarardılar. Qərbin Gürcüstandakı nüfuzu əvvəlki kimi deyil. Doğrudur, o qədər zəif də saymaq olmaz. Amma 40-45%-i o tərəfə adlamır. Bunu keçirilən son seçkilərdə görmüşük”.

Cavanşir Abbaslı: “Qərb yaxın aylarda Gürcüstanda yeni inqilab ssenarisini hazırlayıb həyata keçirməyə cəhd edəcək”.

Siyasi-şərhçi Gürcüstan-Qərb münasibətlərinin kəskin şəkildə pisləşəcəyini düşünmür: “Bunu ilk növbədə Qərb dairələrinin özü istəməz. Çünki, Cənubi Qafqazda nüfuz dairələrinin tam itməməsi üçün Gürcüstan onlara lazımdır. Bu regionun bir ölkəsi olan Azərbaycan hər zaman balanslı siyasətə üstünlük verib. Bunu Rusiya hakim dairələri də, Amerika başda olmaqla Qərb ölkələri də yaxşı anlayır. Ermənistana gəldikdə, bu ölkə nə qədər Qərbə yönəlik siyasət yürütdüyü kimi görünsə də, Rusiyanın bir forpostu olaraq qalır. Ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşən bir dövlət necə onun nəzarətindən çıxa bilər? Gələk Gürcüstana, bu ölkə iqtidarda hansı tərəfə yaxın qüvvələrin olması ilə bağlı siyasətini müəyyən edir. Amma tam olaraq da, nə Rusiyaya, nə də Amerikaya arxa çevirir. Onun üçün də Qərb dünyası Gürcüstana açar ölkə gözü ilə baxır və bunun üçün də bu dövlətlə münasibətlərini heç zaman ən kritik həddə qədər pisləşdirməz.

Sadəcə hakim “Gürcü arzusu” partiyası və onun sədri, milyarder Bidzina İvanaşvilinin təsiri ilə gürcü iqtidarının Rusiyaya yönəlik həm də siyasəti ilə qəbullanmaq fikrində deyillər. Bilirsiniz ki, Qərbmeylli siyasətçi sayılan Salome Zurabişvili nə qədər cəhd etsə də, Gürcüstan parlamentli respublika olduğu üçün o istədiyi tərzdə ölkəsini Qərbə doğru apara bilmədi. Onun üçün də Qərb yaxın aylarda Gürcüstanda yeni inqilab ssenarisini hazırlayıb həyata keçirməyə cəhd edəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Hərbçi Fərid Cəbrayılovun ölümünə səbəb olan kükürd qazlı termal suda çimərkən görüntüləri

UEFA Konfrans Liqası: "Sabah" növbəti mərhələyə vəsiqə qazanıb - Yenilənib

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

COP29 sədrliyi beynəlxalq foto müsabiqəsinə start verib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay