Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

İranın Ali dini lideri İsrailə birbaşa zərbə endirmək əmri verib...

Turan Rzayev: “İranın ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri prosesin ciddiliyindən xəbər verir”.

İranın İsrailə hücumu fonunda ona qarşı yaranacaq beynəlxaq koalisiya Tehran üçün risklidir. Əslində İsrailin nail olmaq istədiyi də budur”.

Bu sözləri politoloq Turan Rzayev İranın ali dini liderinin İsrailə birbaşa zərbə endirmək əmrini Poliqon-a şərh edərkən qeyd edib.

İranın Ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib. Bildirilir ki, İran hərbi komandirləri Təl-Əviv və Hayfa bölgəsindəki hərbi hədəflərə pilotsuz təyyarə və raket hücumunu nəzərdən keçirirlər.

Proses İran-İsrail müharibəsinə səbəb ola bilərmi və Yaxın Şərdəki hazırkı durumda İsrail ABŞ-ın birbaşa iştirakı olmadan İranla müharibədə qalib gəlmək üçün resurslara sahibdirmi?

İran-İsrail qarşıdurmasını Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Təl-əvivin hədəfi İranı üzərinə çəkib ona qarşı koalisiya yaratmaqdır. Bunu İranda bilir və çətin ki, buna izn versin”.

İsrailə hücum olarsa, ABŞ-ın və böyük ehtimalla Britaniysnln da İranı birbaşa vurmalı olacağını qeyd edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu əslində ABŞ üçün ikinci Əfqanıstan ssenarisinin işə düşməsi demək olacaq:

İranın Ali dini lideri Əli Xamenei HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri prosesin ciddiliyindən xəbər verir. Bununla belə, total bir müharibənin olma ehtimalı çox azdır.

İran bu günə qədər İsraillə proksiləri olan Hizbullah, HƏMAS və son zamanlar Husilər vasitəsi ilə mübarizə aparır. Lakin bu günə qədər, İran İsraillə total bir müharibə etməyib. Ümumiyyətlə, bu iki ölkənin quru sərhəddi yoxdur və bu total müharibəni imkansız edir. Bundan başqa, İranın belə bir müharibəyə maddi imkanı da yoxdur.

Turan Rzayev: “İndiki məqamda total müharibə nə İrana, nə də ABŞ-a sərf etmir”.

Digər bir məsələ də, İranın İsrailə hücumu fonunda ona qarşı yaranacaq beynəlxaq koalisiya riskidir. Əslində İsrailin nail olmaq istədiyi də budur. Təl-əvivin hədəfi İranı üzərinə çəkib ona qarşı koalisiya yaratmaqdır. Bunu İranda bilir və çətin ki, buna imkan versin.
ABŞ özüdə belə bir mühairbənin olmasını istəmir. Çünki İsrailə hücum olarsa, ABŞ-da İranı vurmalı olacaq. Bu isə ABŞ üçün ikinci Əfqanıstan ssenarisinin işə düşməsi deməkdir.

İndiki məqamda total müharibə nə İrana, nə də ABŞ-a sərf etmir. İran ən pis halda bir iki raket atıb sonra bunu ictimaiyyətə qisas kimi təqdim edəcək.

İsrailin özü də təkbətək müharibədə İranı məğlub edə bilməz. İsrialin məqsədi onsuz da, İranın nüvə obyektlərini vurmaqdır. Amma yenə də ABŞ olmadan nəsə etməsi çətindir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar