Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ING bu il üçün Azərbaycanda inflyasiyanın proqnozunu yeniləyib

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 1,5 %, 2025-ci ildə 4 %, 2026-cı ildə isə 4,2 % səviyyəsində olacağını proqnozlaşdırır...

Bu barədə "Report" şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, əvvəki aydakı gözləntilərə nisbətən bu il üçün açıqlanan yeni proqnoz 0,4 faiz bəndi, 2025-ci il üçün – 0,2 faiz bəndi artıb, 2026-cı il üçün dəyişməyib.

Proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 1,9 %, dördüncü rübdə 3,2 % səviyyəsində gözlənilir.

2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 4,1 %, ikinci rübdə 4,5 %, üçüncü rübdə isə 3,9 % nəzərdə tutulub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 %, iyun ayında ötən ilin eyni ayına nisbətən 1,1 % artıb, may ayına nisbətən 0,1 % azalıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir. Azərbaycan Mərkəzi Bankı 2024-cü ilə inflyasiya proqnozunu (iyul proqnozu: 2024-cü ilə 5,4 % və 2025-ci ilə 5,5 %) artırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 3,5 %-ə qədər azalacağını, 2025-ci ildə 5 %, 2029-cu ildə isə 4 % səviyyəsində olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda illik inflyasiya 2024-cü ildə 3 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 4 % təşkil edəcək. Orta illik inflyasiya isə ortamüddətli perspektivdə 2,2 % səviyyəsində gözlənilir.

Asiya İnkişaf Bankının (ADB) proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 % təşkil edəcək, 2025-ci ildə isə 6,5 %-dək yüksələcək.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin 2024-2027-ci illərdə Azərbaycanda inflyasiya ilə bağlı gözləntiləri isə 3 % səviyyəsindədir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Deputatın rektor olduğu universitet cərimələnir

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir

UNEC rektorunun müşaviri Banqladeşin yeni hökumət başçısı kimi and içib

ABŞ-nin F-22 qırıcıları İranın yaratdığı təhdidlərə qarşı hərəkətə keçib

Ən çox oxunanalar