Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

"Sülh və danışıqlara yer yoxdur. Ya biz qali gələcəyik, ya da Kərbəla baş verəcək. Vəs-Salam!"...

HƏMAS-ın siyasi bürosunun sabiq rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən sonra onun sələfinin kim olacağı ilə bağlı bir sıra versiyalar gündəmə gəldi. Əvvəlcə, təşkilatın 1996-2017-ci illərdəki rəhbəri Xalid Məşəlin Haniyənin yerinə təyin edildiyi iddia olunsa da, bu öz təsdiqini tapmadı və çox keçmədən Yəhya Sinvar HƏMAS siyasi bürosunun yeni sədri seçildi.

ŞƏXSİ HƏYATI

Sinvar 1962-ci ildə Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən qaçqın düşərgəsində dünyaya gəlib. Ailəsi 1948-ci ildə İsrailin Aralıq dənizi sahilində yerləşən Aşkelon şəhərindən sürgün ediləndən sonra Qəzzaya sığınıb. Sinvar Qəzza İslam Universitetində Ərəb dili və ədəbiyyatı ixtisasına yiyələnib. 1982-ci ildə 20 yaşında həbs olunub və bir neçə ay məhkumluq həyatı yaşayıb. 1988-ci ildə iki İsrail hərbçisinin qaçırılıb öldürülməsi səbəbi ilə ittiham edilib. Elə həmin il ömürlük həbs cəzasına məruz qalıb. O, 22 illik həbs həyatından sonra 2011-ci ildə İsraillə həyata keçirilən əsir mübadiləsi çərçivəsində azadlığa buraxılıb və Qəzzaya qayıdan kimi, HƏMAS-ın siyasi bürosuna üzv qəbul edilib. Cəmi 6 il sonra - 2017-ci ildə təşkilatın Qəzza üzrə rəhbəri təyin edilib. İsrail 2023-cü ildə Yəhya Sinvarın yerini deyənlərə 400 milyon dollar mükafat verəcəyini açıqlayıb. Sinvar 2024-cü il avqustun 6-da HƏMAS siyasi bürosunun sədri seçilib.

HƏRBİ-SİYASİ FƏALİYYƏTİ

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının qurucularından sayılan Sinvar, həm də HƏMAS-ın təhlükəsizlik və dəvət təşkilatı adlandırılan "Məcd Gücü"nün qurucusudur. Onun adı həm də 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılan genişmiqyaslı hücumla hallanır. Bu baxımdan, sadalanan faktlardan yola çıxıb HƏMAS-ın Yəhya Sinvar liderliyində göstərəcəyi fəaliyyəti proqnozlaşdırmadan əvvəl, onun sabiq sədrlər Xalid Məşəl və İsmayıl Haniyə ilə uzlaşdırmaq yerinə düşər.

OXŞAR VƏ FƏRQLİ TALELƏR - YƏHYA SİNVAR, İSMAYIL HANİYƏ VƏ XALİD MƏŞƏL

İsmayıl Haniyə və Yəhya Sinvarın ailələri İsrailin Aşkelon şəhərindən 1948-ci ildə sürgün ediliblər. Hər ikisi qaçqın düşərgəsində dünyaya göz açıb. İkisi də Qəzza İslam Universitetinin məzunudur. Yəhya Sinvar və İsmayıl Haniyə 1989-cu ildə Ərəb-İsrail müharibəsinə HƏMAS üzvü kimi qatıldıqları üçün həbs ediliblər. 1992-ci ildə Cənubi Livana sürgün edilmək qarşılığında azadlığa buraxılıblar. Sinvarı Haniyədən fərqləndirən, eləcə də həyat və fəaliyyətlərində köklü dəyişikliyə səbəb olan əsas fərq də məhz bundan sonra başlayıb. Belə ki, sürgündən cəmi bir gün sonra İsmayıl Haniyə Qəzzaya geri qayıdıb və qısa zaman kəsiyində siyasi fəaliyyətində nailiyyətlər əldə edib. Yəhya Sinvar isə 2011-ci ilə qədər İsrail həbsxanalarında 22 il məhbus həyatı yaşayıb. 1956-cı ildə Fələstinin İordan çayının qərb sahilindəki Ramallahın şimalındakı Silvad kəndində anadan olan Xalid Məşəl isə 1967-ci ildə Altıgünlük müharibədən sonra ailəsi ilə birlikdə Küveytə mühacirət edib. Ali təhsilini Küveyt Universitetində alan Məşəl Fələstin Tələbələr Birliyinə rəhbərlik edərək siyasi mübarizədə fəallıq göstərib. 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxsa da, bu hadisədən sonra İordaniyadan deportasiya edilib və Suriyaya köçüb. O, 2004-cü ildə Şeyx Əhməd Yasinin İsrail tərəfindən öldürülməsindən sonra HƏMAS-ın siyasi lideri seçilib. Məşəl 2012-ci ildə "Ərəb Bahar"ı hadisələri zamanı Suriyanı tərk edərək Qətərə yollanıb və hazırda da orada yaşayır. Göründüyü kimi, Haniyə və Məşəldən fərqli olaraq Sinvar İsrail üçün daha arzuolunmaz və amansızlığa məruz qalan şəxs olub. Onun başına gətirilənlər isə İsraillə münasibətlərdə daha sərt olacağını istisna etmir. Bu baxımdan, gözlənilən potensial İran-İsrail qarşıdurması fonunda daha aqressiv Yəhya Sinvarın HƏMAS lideri seçilməsi başadüşüləndir. Məqsəd gərginliyi aktiv fazada saxlamaq, kompromisə getməməkdir. Sinvarın HƏMAS-ın siyasi bürosunun sədri seçiləndən sonra verdiyi ilk mesaj da ehtimallarımızı təsdiqləyir:

"Sülh və danışıqlara yer yoxdur. Ya biz qali gələcəyik, ya da Kərbəla baş verəcək. Vəs-Salam!"

SİNVAR DÖVRÜNDƏ HƏMAS-IN PROQNOZLAŞDIRILAN FƏALİYYƏTİ

Sinvarın HƏMAS-a lider seçilməsi təşkilatın daha sərt hərbi-siyasi kursa keçəcəyini göstərir. Bu isə İsrail və onu dəstəkləyən Qərb bloku ilə diplomatik danışıqları daha da çətinləşdirəcək ki, Sinvar özü də artıq bunun anonsunu verib. Yəni bütün bu faktlara və ehtimallara nəzər salanda, Sinvarın düşmən hesab edilən tərəflərə amansız mövqe sərgiləyəcəyi real görünür. Bu baxımdan, onun verəcəyi qərarlar, bundan sonrakı fəaliyyəti ilk növbədə HƏMAS-ın və Qəzzanın gələcəyi üçün kritik əhəmiyyət daşıyır.

Mərahim Nəsib

Poliqon.info


Etiket: Yəhya Sinvar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ öz istehsalı olan yeni nəsil silahları Ermənistana çatdırıb

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, qadınlara təcavüz edilir, məbədlər yandırılır... - Video

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Oleq Bakinskini “Dostluq” ordeninə kim təqdim edib?  

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Ən çox oxunanalar