Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Azərbaycanın yaxın dostu və müttəfiqi olan iki ölkənin qarşı-qarşıya gəlməsi bir sıra suallar doğurub...

Politoloq: “Qarşılıqlı ritorikaların kəskinləşməsinə baxmayaraq istər Türkiyə, istərsə də İsrail bir-birilərinin gücünə bələddirlər”.

Azərbaycan Türkiyə və İsrailin yaxın dost və qardaş ölkəsi kimi hər iki dövləti səbrli olmağa çağırır”.

Bu sözləri politoloq Azər Qasımov İsrail ilə Türkiyə arasında artan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

İsrail ilə Türkiyə arasında artan gərginlik müxtəlif siyasi dairələrdə müzakirələrə səbəb olub. Xüsusilə, Azərbaycanın yaxın dostu və müttəfiqi olan iki ölkənin qarşı-qarşıya gəlməsi bir sıra suallar doğurub. Təl-Əviv və Ankara arasındakı gərginliyin bu dəfə əvvəlkilərdən daha ciddi olduğu bildirilir. Bakının hazırkı vəziyyətdə necə bir yol izləyəcəyi isə ən çox maraq doğurdan məsələlərdəndir.

Hətta Azərbaycanın Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq Türkiyəyə açıq dəstək verəcəyinə dair fikirlər səsləndirilir.

Rəsmi Bakı Ankara və Təl-Əviv arasında bütün körpülərin yanması halında vəziyyəti idarə etmək və bitərəf qalmaq imkanları varmı və tərəflər bunu başa düşəcəklərmi?

Azərbaycanın İsrail-Türkiyə gərgin münasibətlərindəki mövqeyini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycanın onların qarşıdurmasında tərəf olacağı məsələsi təbii ki, mürəkkəb məsələdir”.

Belə bir qarşıdurmanın onların hər ikisini gücdən salacağını vurğulayan politoloq Poliqon-a bildirib ki, Bu iki ölkənin açıq qarşıdurması regional müharibə riski daşıyır:

“İsrail-Türkiyə gərginliyinin çox irəli gedəcəyi ehtimalı zəifdir. Qarşılıqlı ritorikaların kəskinləşməsinə baxmayaraq istər Türkiyə, istərsə də İsrail bir-birilərinin gücünə bələddirlər. Hesab etmirəm ki, onlar açıq şəkildə qarşıdurmaya gedərlər. Sadəcə indiki gərginliyi kütləyə oynanılan oyun hesab etmək olar. Bu iki ölkənin açıq qarşıdurması regional müharibə riski daşıyır ki, bu da ilk növbədə Türkiyənin xeyrinə deyil.

Azərbaycan isə Türkiyə və İsrailin yaxın dost və qardaş ölkəsi kimi hər iki dövləti səbrli olmağa çağırır. Onların qarşıdurmasında maraqlı güclər vardır. Hesab edirəm ki, hər iki dövlət dərin siyasi keçmişə malik ölkələr kimi nə etdiklərini yaxşı bilirlər. Azərbaycanın onların qarşıdurmasında tərəf olacağı məsələsi təbii ki, mürəkkəb məsələdir. Azərbaycan hər iki ölkə ilə dərin köklərlə bağlıdır. Tərəflərdən birinin yanında olmaq məsələsi mümkün deyil.

Azərbaycan onların hər ikisinin yanındadır və hesab edirəm ki, onların qarşıdurmasını gözləyən güclər istəklərinə çatmayacaq. Belə bir qarşıdurma onların hər ikisini gücdən salar. Bu da Türkiyə və İsrailin düşmənlərinə yarayar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar