Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistanda ciddi narahatlıqla qarşılanıb...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusən düşərgənin panellərindən birinin Qərbi Azərbaycan mövzusuna həsr olunması erməni mediasında təşviş doğurub.

Qeyd edək ki, sözügedən paneldə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, İcmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib.

Çıxışçılar tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasının və onların mədəni irsinin məhv edilməsinin ermənilərin dövlət siyasəti olduğunu bildiriblər. Qeyd olunub ki, 1988-ci ildə baş verən sonuncu etnik təmizləmə nəticəsində azərbaycanlılar dədə-baba yurdlarından tamamilə çıxarılıblar. Görüşdə xalqımızın Qərbi Azərbaycandakı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıdışının təmini və birgəyaşayışa nail olunması məqsədilə Qərbi Azərbaycan İcmasının yaradıldığı qeyd edilib.

Aparıcı erməni media orqanlarından "arovat.am", "armenpress.am" saytılarında, onlara istinad edən digər media qurumlarında və teleqram kanallarında dərc olunan məqalələrdə Diaspor Gənclərinin V Yay Düşərgəsi hədəf alınaraq tədbirin təşkilatçılarına və oradakı çıxışlara diqqət çəkilib, guya erməni mədəni irsinə qarşı təbliğat aparılması barədə iddialara yer verilib. "Geqard" adlı elmi-analitik fond isə daha da uzağa gedərək, Azərbaycanı təkcə erməni irsini deyil, həm də "İrandakı Atropatena irsini mənimsəmək" cəhdlərində ittiham edib.

Xatırladaq ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115  gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.

Fotolar

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Ucarda bazarda 8 mağaza yanıb, yaşayış evləri mühafizə olunub - Yenilənib

Son 24 saat ərzində Kursk vilayətini 8 mindən çox insan tərk edib

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay