Şənbə, 21 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Zəvvarların dələduzluğla məruz qalmaları ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Fatimə Tur", "Roman Travel" şirkətlərinin rəhbərləri müəyyən olunub. Hazırda fakt üzrə 50-dən artıq zərərçəkmişin müraciəti əsasında istintaq tədbirləri görülür. Araşdırmalarının nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

***

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirib ki, xəbər platformalarında dələduzluğa məruz qalmaları iddiası ilə çıxış edən 48 zəvvarın heç birinin polis orqanına müraciəti daxil olmayıb.

"Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır", - deyə qurum rəsmisi bildirib.

***

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, bu gün günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər.

Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur.

Bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər.

Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxsi şöbəyə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya bir neçə aydır Kurskun işğalını gözləyirmiş - Sənədlər ələ keçirilib...

Elman Rüstəmovun həbsdəki şərikinin sensasion məktubu üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Politoloq: İranda hər kəs, Xamenei də, SEPAH da, Pezeşkian da öz rolunu oynayır...

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - Yenilənib

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, tələbələrlə görüşüb - Yenilənib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Politoloq: Moskva-İrəvan münasibətləri göründüyü qədər də gərgin deyil...

Ən çox oxunanalar