Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampla müsahibə zamanı “X” sosial şəbəkəsinə kiberhücum edilib

Amerikalı milyarder, “X” sosial şəbəkənin sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti və respublikaçı partiyadan bu vəzifəyə namizəd Donald Trampla müsahibə zamanı platformanın kiberhücumuna məruz qaldığını bildirib...

“Report”un məlumatına görə, bu barədə Mask sözügedən sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Görünür, “X”ə kütləvi DDOS hücumu olub. Ən pis halda biz daha az canlı dinləyici ilə işləməyə (Trampla müsahibə - Qeyd.) davam edəcəyik və söhbəti sonra dərc edəcəyik. Kütləvi hücum onu göstərir ki, çoxları Trampın dediklərini eşitməyin əleyhinədir. Bu müsahibə həqiqətən də yalnız qərar qəbul etməyə çalışan açıq fikirli müstəqil seçicilərə yönəlib” - o, aydınlıq gətirib.

Qeyd edək ki, müsahibə texniki problemlər səbəbindən planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

Şəfasından xəbərsiz olduğumuz taxıl bitkiləri - Bu 4 sıyıq qaraciyəri bərpa edir

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

"Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

"Öləndən sonra gətirilən gülü atın zibilliyə" - Foto

Ən çox oxunanalar