Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi"də görüş keçirilib, futbolçu azarkeşlərdən üzr istəyib

“Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib...

Klubdan verilən məlumata görə, görüşdə “Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib.

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib, matçda sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.

Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul edib, o cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığını dilə gətirib.

Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını bildirərək, daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürüldüyünü açıqlayıb.

Hər iki tərəf buna bənzər hadisələrin gələcəkdə bir daha yaşanmayacağından əminliyi bildirib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar