Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb...

Poliqon Xəzər TV-yə istinadən bildirir ki, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur.

Bir neçə il əvvəl irihəcmli mühərrikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi.

Avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, ölkəmizdə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-92 markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.

Ətraflı süjetdə:

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Ən çox oxunanalar