Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

British Airways Londondan Pekinə birbaşa uçuşları dayandırır

"British Airways" (BA) oktyabrın 26-dan etibarən Londondan Pekinə birbaşa uçuşları ən azı bir il müddətinə dayandıracaq.

Poliqon xəbər verir ki, bu barədə bir sıra nəşrlər, o cümlədən Financial Times aviaşirkət nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.

Şirkət Honq-Konq və Şanxaya birbaşa uçuşlar həyata keçirməyə davam edəcək.

Pekinə uçuşların dayandırılması tələbin azalması, həmçinin 2022-ci ilin fevralından sonra şirkətin ən sürətli marşrutdan - Rusiya hava məkanından istifadə edə bilməməsi ilə əlaqədardır.

BA təyyarələri indi Qazaxıstan üzərindən marşrutdan istifadə edərək uçuşu təxminən bir saat uzadıb. Bu, "British Airways"i Rusiya hava məkanından istifadə etməyə davam edən Çin hava yolları "Air China" və "China Southern Airlines" şirkətlərindən daha pis vəziyyətdə qoyur.

Britaniyanın digər aviaşirkəti "Virgin Atlantic" də bu gün Çinə uçuşları dayandırdığını elan edib. Bundan əvvəl Avstraliyanın "Qantas Airways" aviaşirkəti təyyarələrin yarı boş göndərildiyindən şikayətlənərək Çinə uçuşları dayandırdığını açıqlamışdı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Ən çox oxunanalar