Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı - Yenilənib

Şabranda evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb...

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən digər şəxs - əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Murad Məmmədov da tutulub.

Qeyd edək ki, Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

***

Şabran rayonunda evə basqın zamanı yaralanan Arif Qaspar oğlu Hüseynov da xəstəxanada ölüb.

"Report"un məlumatına görə, Bakıda "Neftçilər" xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

***

Şabran rayonunda evə basqın zamanı yaralanan Hüseynov Arif Qaspar oğlu xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun məlumatına görə, Bakıda “Neftçilər” xəstəxanasına çatdırılan A.Hüseynovun həyatını xilas etmək mümün olmayıb.

Xatırladaq ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın zamanı Gülnarə Şıxkərim qızı Hüseynova öldürülmüş, onun həyat yoldaşı A.Hüseynov isə yaralanmışdı.

***

Şabranda fərdi yaşayış evində baş verən basqınla bağlı təfərrüat məlum olub.

Media-nın əldə etdiyi məlumata görə, basqın edən şəxslər ev sahibləri Gülnarə və Arif Hüseynovlara balta ilə baş nahiyələrindən xəsarət yetiriblər.

Nəticədə qadın yerindəcə ölüb, həyat yoldaşının vəziyyəti isə ağırdır. Basqının oğurluq məqsədi ilə törədildiyi deyilir. Faktla bağlı Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb. Evə basqının tam səbəbi istintaqın sonunda məlum olacaq.

Məlumata görə, Gülnarə Hüseynova Şabran şəhərindəki 3 saylı məktəbin müəllimi olub.

Onun fotosunu təqdim edirik:

***

İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Gülnarə Şıxkərəm qızı Hüseynovanın kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Arif Qaspar oğlu Hüseynovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Elçin Məmmədağa oğlu Fərzəliyev saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

İyunun 24-də Şabran rayonunda fərdi yaşayış evlərindən birində Hüseynova Gülnarə Şıxkərəm qızının kəsici alətlə yetirilən xəsarətlərdən ölməsi, həyat yoldaşı Hüseynov Arif Qaspar oğlunun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fərzəliyev Elçin Məmmədağa oğlu saxlanılıb, digər şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Şabran rayonunda evə basqın olub, ölən və yaralanan var.

"Report"un Şimal bürosunun məlumatına görə, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Ən çox oxunanalar