Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiya: Aİ bizdən verə bilməyəcəyimiz şeyləri istəməsin...

Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək, baxmayaraq ki, bu, ondan Avropa İttifaqına daxil olmaq müqabilində tələb olunur...

Poliqon xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Aleksandr Vulin bildirib.

Vulin qeyd edib ki, anti-Rusiya sanksiyalarının tətbiqi əslində Serbiya dövlətinin Avropa İttifaqına daxil olmaq yolunda irəliləməsi üçün tələbə çevrilib. Onun fikrincə, Serbiya bu güzəştləri etsə, o zaman Kosovonun müstəqilliyi tanınana qədər Qərb dövlətlərinə güzəştə getməli olacaq.

"Biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyik və əsrlər boyu Serbiyanın itirilməsinə imkan verməyən dostumuzu itirməyəcəyik. Əgər Avropa İttifaqının Serbiyaya ehtiyacı varsa, o zaman bizim onlara verə bilməyəcəyimiz şeyi bizdən tələb etməyi dayandırsınlar", deyə baş nazirin müavini qeyd edib.

O, həmçinin Serbiyanın bir çox Aİ ölkələrindən fərqli olaraq müstəqil dövlət olduğunu bəyan edib.

İyunun 25-də Serbiyanın baş naziri Miloş Vuçeviç bildirib ki, Belqrad üçüncü ölkələrə sursat ixracını məhdudlaşdırmaq istəmir. Onun sözlərinə görə, müharibə olan yerdə istifadə olunan mərmi istehsalı əxlaqsızlıq deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar