Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin

Bu gün baş verən zəlzələnin dərinliyi 18 kilometr olub, elə də qorxulu deyil...

Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələnin maqnitudası 5 bal olub, elə episentrdə-Lerikdə də 5 bala qədər hiss olunub:

"Zəlzələ cənub zonasında olan bütün rayonlarda hiss olunub. Əsas güclü təkan olub artıq. Afterşoklar olur. Enerji boşalmaları gedir, amma əhali onu hiss etmir. Müqayisə etsək, rayonlarda sellər, dolular daha çox fəsadlar törədir. Əhali təşvişə düşməsin. Qorxulu nəsə yoxdur".

Q.Yetirmişli əlavə edib ki, Azərbaycan seysmik ərazidir:

"Kimsə desə, zəlzələ olmayacaq, yalan söhbətdir. Zəlzələ həmişə var. Qaldı ki proqnoz verənlərə, əhali nağıllara inanmasın".

İyunun 28-də saat 07:43 -də Lerik stansiyasından 27 kilometr şərqdə zəlzələ qeydə alınıb. "Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss edilib", - məlumatda qeyd olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar