Fransanın sağçı Milli Cəbhə Partiyası, əgər onun sədri Cordan Bardella baş nazir postuna gəlsə, Parisin Ukrayna hərbçilərinə təlim keçməsi zərurəti mövqeyində dayanacaq. Lakin bu, Ukrayna ərazisində baş verməməlidir..
Poliqon xəbər verir ki, bu barədə partiyanın lideri Marin Le Pen Europe 1 radiostansiyasının efirində bildirib.
"Biz Ukraynanı dəstəkləyirik və ona lazımi yardımı göstərməyə hazırıq", deyə Le Pen vurğulayıb.
Onun sözlərinə görə, partiya hesab edir ki, Fransanın Kiyevə dəstəyi baxımından iki məhdudiyyət var: Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli silahların verilməsi və Fransa qoşunlarının Ukraynaya göndərilməsi.
Sağçı partiyanın rəhbərinin sözlərinə görə, bu məhdudiyyətlər o demək deyil ki, Bardella Ukrayna ordusunda əsgərlərin hazırlanmasının əleyhinədir. Onun fikrincə, Ukrayna Silahlı Qüvvələrinin təlimi indi olduğu kimi Polşada və ya Fransada keçirilməlidir.
Bundan əvvəl Le Pen bildirib ki, Bardella ölkənin baş naziri olsa, Fransa prezidenti Emmanuel Makron Ukrayna ərazisinə qoşun yeridə bilməyəcək.
Poliqon.info