Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xorvatiyada müharibə qurbanlarının zibil poliqonunda kütləvi basdırıldığı aşkar edilib

Xorvatiyada 1990-cı illərdə ölkənin müstəqillik savaşı zamanı öldüyü güman edilən 10 nəfərin qalıqları paytaxt Zaqrebin şərqindəki Vukovar şəhəri yaxınlığındakı zibil poliqonunda tapılıb...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Bu insanların müharibə zamanı itkin düşdüyü güman edilir. Müstəntiqlər hesab edirlər ki, qurbanlar əvvəlcə başqa yerdə basdırılıb, sonra isə bura köçürülüb, çünki qalıqlar bu yer üçün xarakterik olmayan torpaq və lillə örtülüb.

Müharibə Veteranları Nazirliyinin İtkin Şəxslər Bölməsinin rəhbəri İvona Paltrinierinin sözlərinə görə, qalıqlar yəqin ki, 1992-ci ilin yanvarında Vukovarın müvəqqəti işğalından sonra zibilliyə köçürülüb. Müstəntiqlər burada daha çox qalıq tapacağını gözləyirlər.

Paltrinieri qeyd edib ki, Xorvatiya hələ də 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyadan müstəqillik uğrunda müharibə zamanı itkin düşən 1797 nəfərin, o cümlədən Vukovar-Srijem qraflığında itkin düşən 500 nəfərin taleyini müəyyən etməyə çalışır.

Bu zaman ölkədə 150-yə yaxın kütləvi dəfn yeri aşkar edilib.

Serbiya ilə sərhəddə yerləşən Vukovar şəhərinin 1991-ci ildə Serbiya Yuqoslaviya Ordusu və yerli serb milisləri tərəfindən üç aylıq mühasirə zamanı tamamilə dağıdılıb. Vukovarın mühasirəsi zamanı 1600-ə yaxın müdafiəçi və dinc sakin həlak olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar