Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Düşünmürəm ki, yaxın zamanlarda BMT-də hansısa islahatların aparılması mümkün olsun...

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, gündəmdədir...

Siyasi-şərhçi: “BMT-nin strukturunda islahatlar aparılması, onun fəaliyyətinə yeni çalarların əlavə olunması yeni bir tələb deyil. Bu təkliflər çoxdan səsləndirilir. Amma mən belə bir dəyişikliklərin, islahatların olacağına çox da optimist yanaşmıram”.

“Biz görürük ki, BMT qərarlarını nəyinki güclü dövlətlər, hətta ən kiçik dövlətlər belə açıq şəkildə nəzərə almırlar”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Birləşmiş Millətlər Təşkilatının islahatların aparılması məsələsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyikiz kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, gündəmdədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini qaçılmaz edir. Bu günlərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən bildirilib ki, dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-də islahatlar həmişəkindən daha zəruridir.

Bu zərurət fonunda Təhlükəsizlik Şurasının 5 daimi üzvünün BMT-də islahatlara imkan verəcəyinə ehtimal vermək olar? Ümumiyyətlə, dünyanın 5 əsas güc mərkəzinin nəzarəti və əsarəti altında olan BMT-nin dünyada söz sahibi olmasını və ədalat prinsiplərini qoruya bilməsini mümkündür?

BMT-nin fəaliyyətini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “BMT-nin strukturunda və onun iş fəaliyyətində çox ciddi, əsaslı islahatların aparılması müsbət nəticə verə bilər”.

Beynəlxalq hüququn normalarına əməl edilməsi, o normaların həyata keçirilməsi mexanimzlərinin yox olduğunu və ya yox dərəcəsində olduğunu nəzərə çatdıran ekspert əlavə edib ki, bu gün bu mexanizm üzərində düşünülsə, daha önəmli olar:

“Ümumiyyətlə, BMT-nin fəaliyyətinə diqqət yetirsək (söhbət BMT-nin 5-10 ildəki fəaliyyətindən getmir, yarandığı gendən fəaliyyətindən söhbət gedir) görərik ki, BMT-nin fəaliyyətində arzuolunan nəticələr yoxdur və heç zaman da olmayıb. Bu da onun strukturundan, iş prinsipindən, BMT-dəki əmək bölgüsündən və ilk növbədə də səlahiyyət bölgüsündən irəli gəlir. Şübhəsiz, 5 aparıcı dövlətin BMT-nin daimi üzvü olması və onların müstəsna səlahiyyətlərinin olması bu qrumun fəaliyyətinə öz neqativ təsirini göstərir.

Bu mənada, BMT-nin strukturunda islahatlar aparılması, onun fəaliyyətinə yeni çalarların əlavə olunması yeni bir tələb deyil. Bu təkliflər çoxdan səsləndirilir. Amma mən belə bir dəyişikliklərin, islahatların olacağına çox da optimist yanaşmıram. Ona görə ki, BMT-dən beynəlxalq təsir vasitəsi kimi istifadə edən daimi üzvləri öz veto səlahiyyətli hüququnu şübhəsiz ki, genişləndirmək istəməyəcəklər.

Digər tərəfdən isə, BMT-nin yarandığı dövrlə bu günü müqayisə etsək, görərik ki, artıq kifayət qədər güclü dövlətlər meydana çıxıb. Ədalətli yanaşsaq bu dövlətlər də beşliyi səlahiyyətlərinə layiqdirlər. Məsələ burasındadır ki, hansısa dövlətlərin müstəsna səlahiyyətlərə malik olması, hətta bu siyahıya yenilərinin də əlavə olunması, problemi çözməyəcək. Əksinə vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək.

BMT-nin strukturunda və onun iş fəaliyyətində çox ciddi, əsaslı islahatların aparılması müsbət nəticə verə bilər. Məsələn, qərarların səs çoxluğu və yaxud mütləq səs çoxluğu ilə (yəni 50 faiz+1 və ya üçdə iki ilə) qəbul olunması daha ədalətli olardı. Amma burada söhbət təkcə ədalət prinsipindən və yaxud qərarların qəbul edilməsindən getmir. İlk növbədə həmin qərarların reallaşdırması mexanizmləri nədən ibarət olmalıdır haqqında düşünmək dahaönəmlidir.

Ərəstun Oruclu: “BMT-nin ciddi təsirə malik olması əksər dövlətlərin marağındadırmı? Zənnimcə, yox. Problem də bundadır”.

Biz görürük ki, BMT qərarlarını nəyinki güclü dövlətlər, hətta ən kiçik dövlətlər belə açıq şəkildə nəzərə almırlar. Şübhəsiz ki, belə mexanizmlərin yaradılmasının özü də çox ciddi problemdir. Tutaq ki, hər hansı bir dövlət BMT-nin Təhlükəsizlik Şurasında, yaxud da BMT Baş Assambleyasında qəbul edilmiş qərarı icra etməkdən imtina edir. Bu dövlətə hansı təsirlər olacaq? Əlbəttə ki, sanksiya tətbiq olunacaq. Sanksiyalar məsələsində də ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Çünki burada dövlətlər ilk növbədə ikitərəfli münasibətləri nəzərə alaraq mövqe sərgiləyirlər. Tutaq ki, bir dövlətə qarşı sanksiya tətbiq olunması ABŞ-ın, Böyük Britaniyanın və yaxud Çinin marağındadır, amma Rusiyanın marağında deyil. Və ya əksinə.

Yəni beynəlxalq hüququn normalarına əməl edilməsi, o normaların həyata keçirilməsi mexanimzləri yoxdur və ya yox dərəcəsindədir. Bu gün bu mexanizm üzərində düşünülsə, daha önəmli olar. Hansısa dövlətlərin səlahiyyətlərinin artırılması, qərarların qəbul edilməsi mexanizminin tətbiqi hələ heç nə demək deyil. İlk növbədə o qərarların həyata keçirilməsi, icra olunma mexanizmi nəzərdən keçirilməlidir.

Dediyim kimi, bu daha ciddi problemdir, nəyinki müstəsna hüquqa malik olan beşliyin hüquqlarını məhdudlaşdırmaq və ədalətli qərar çıxarması mexanizmi işlətmək. Düşünürəm ki, birinci mümkündür. Amma ikincidə mexanizm məsələsi var. Təəssüf ki, BMT-nin ciddi mexanizmləri yoxdur. Ciddi problem də budur. Mən düşünmürəm ki, yaxın zamanlarda BMT-də hansısa islahatların aparılması mümkün olacaq.

Sual ortaya çıxır ki, BMT-nin ciddi təsirə malik olması əksər dövlətlərin marağındadırmı? Zənnimcə, yox. Problem də bundadır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar