Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Sülh sazişinin tezliklə bağlanması istəyi ABŞ-ın geosiyasi maraqları ilə bağlıdır...

Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxışında ABŞ-ın İlham Əliyevə artıq sülhün vaxtının çatması barədə mesajı çatdırdığını bildirib...

Politoloq: “ABŞ-ın sülh istəməsində başqa zərurət də əlbəttə ki, noyabrda keçiriləcək prezident seçkiləridir. Bu prezident seçkiləri öncəsi Bayden administrasiyasının müsbət mənada hesabına yazılacaq bir töhvə olardı”.

Ermənistan konstitutsiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olan maddələr aradan götürülmədən imzalanan sülh müqaviləsi sabah kağız parçasına çevrilə bilər”.

Bu sözləri politoloq Natiq Miri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayenin sülhlə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O'Brayen Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək, Bakıya gözlənilən səfərinin mövzusuna toxunub. O'Brayen ABŞ İlham Əliyevə artıq sülhün vaxtının çatması barədə mesajı çatdırdığını bildirib və əlavə edib ki, regiondakı qeyri müəyyən vəziyyət həm də Mərkəzi Asiyaya təsir edir. Çünki ixracatın Azərbaycan üzərindən keçməsi üçün regiona sülh lazımdır.

ABŞ-ın sülhlə bağlı sərgiləndiyi bu mövqeni necə dəyərləndirmək olar və Vaşinqtonun tələsməsi həm də “Zəngəzur dəhlizi”nin tezliklə açılması ilə bağlıdır?

ABŞ-ın Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh müqaviləsindəki rolunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Əgər ABŞ regionda sülh istəyirsə, ən azından yaxın bir il ərzində Ermənistanı yeni konstitusiya qəbul etməyə məcbur etməlidir”.

Sülh üçün sadəcə ABŞ-ın istəyinin yetərli olmadığını vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyü üçün təminat istəyir və bu təminat hüquqi əsaslı öhdəlik olmalıdır:

“Əlbəttə, sülh sazişinin tezliklə bağlanması istəyi ABŞ-ın geosiyasi maraqları ilə bağlıdır. Buraya yeni nəqliyyat kommunikasiya sistemlərinin açılması da daxildir. Bildiyimiz kimi, “Orta Dəhliz” məhz Azərbaycan üzərindən Gürcüstan, Türkiyəyə gedir. Digər bir istiqamət “Zəngəzur dəhlizi”dir. Yəni Azərbaycan Ermənistana, Türkiyəyə, Avropaya, həm də Aralıq Dənizinə Mərkəzi Asiyanın çıxışını təmin edir. Burada ABŞ-ın geosiyasi maraqları hər iki istiqamətə özünün nəzarətini təmin etməkdən ibarətdir. Ancaq bunun üçün mütləq mənada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ehtiyac var ki, ən azından risk amilləri minimum olsun. Buna görə də, ABŞ tələsir.

ABŞ-ın sülh istəməsində başqa zərurət də əlbəttə ki, noyabrda keçiriləcək prezident seçkiləridir. Bu prezident seçkiləri öncəsi Bayden administrasiyasının müsbət mənada hesabına yazılacaq bir töhvə olardı. Buna görə də, seçkilərə qədər sülh müqaviləsinin imzalanmasında ABŞ maraqlıdır. Amma bunun üçün sadəcə ABŞ-ın istəyi yetərli deyil. Azərbaycan öz ərazi bütövlüyü üçün təminat istəyir və bu təminat hüquqi əsaslı öhdəlik olmalıdır. Yəni Ermənistan konstitutsiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olan maddələr aradan götürülmədən imzalanan sülh müqaviləsi sabah kağız parçasına çevrilə bilər.

Ən azından 2009-cu ildə imzalanan Sürix protokolu bizim üçün bir dərs və təcrübədir. O zaman da bu protokol imzalansa da, parlamentdə təsdiq olunmadı. Bəhanə gətirilərək, konstitusiya məhkəməsinə daşınaraq bu protokol ləğv olundu. Eyni aqibəti sabah biz də yaşaya bilərik. Buna görə də, əgər Əgər ABŞ regionda sülh istəyirsə, ən azından yaxın bir il ərzində Ermənistanı yeni konstitusiya qəbul etməyə məcbur etməlidir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar