Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu müəllimlər 2-ci cəhddə də keçid balını toplaya bilməyib

Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub...

Poliqon xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı diqqətə çatdırıb.

Nazir qeyd edib ki, yaş aralıqlarına əsasən, uğurlu nəticə toplayan ibtidai sinif müəllimlərinin faizi belədir: 30-34 yaş – 97%, 35-39 yaş – 85%, 40-49 yaş – 83%, 50-59 yaş – 85%, 60 və daha yuxarı yaşda olanlar isə 92% olmaqla, ümumilikdə onların 86%-i müvafiq keçid balını toplaya biliblər. Digər tərəfdən, yerdə qalan 14% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.

Bununla yanaşı, nazir bildirib ki, uğurlu nəticə toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin yaş qrupları üzrə paylanması faizi belədir: 30-34 yaş – 99%, 35-39 yaş – 96%, 40-49 yaş – 94%, 50-59 yaş – 90%, 60 və daha yuxarı yaşda olanlar isə 90% olmaqla, ümumilikdə onların 94%-i müvafiq keçid balını toplaya biliblər. Yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar