Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Azərbaycanda Aİ 92 və dizel yanacağının qiymətinin artırılması üçün heç bir əsas yoxdur...

Benzinin qiymətinin 20% artırılması ilə bağlı söz-söhbətlər dolaşır...

İqtisadçı-ekspert: “Dünya bazarlarında neftin qiymətində dəyişiklik yoxdursa, maya dəyəri dəyişməyibsə, artmayıbsa, nədən qiymət artmalıdır?”.

“Məmurlar büdcə gəlirlərinin azalmasını müxtəlif üsullarla kompensasiya etmək istəyirlər. Bunun da yollarından biri yanacaq qiymətlərinin artırılması ola bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda benzinin qiymətinin artacağı iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar benzinin qiymətinin 20 faiz artırılması ilə bağlı söz-söhbətlər dolaşır. Bilirik ki, benzinin qiymətinin artması həyatın bütün sahələrinə təsir edir.

Bəs benzinin qiymətinin 20 faiz artımından sonra Azərbaycan iqtisadiyyatının inkişafı və Azərbaycan insanın sosial vəziyyəti hansı səviyyədə olacaq?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Seçkilərdən öncə hökumətin belə bir addım atması onun reytinqinə və nüfuzuna ciddi zərbə ola bilər”.

Aİ 92 və dizelin qiymətinin artmasının yaxın zamanda olmasınən şübhəli göründüyünü qeyd edən bunu seçki dönəmi ilə əlaqələndirib:

Azərbaycanda 92 və dizel yanacağının qiymətinin artırılması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycan neft ölkəsi, özünün istehsal sahəsi olması ilə yanaşı, həm də dünya bazarlarında neftin qiymətində ciddi dəyişiklik yoxdur. Dünya bazarlarında neftin qiymətində dəyişiklik yoxdursa, maya dəyəri dəyişməyibsə, artmayıbsa, nədən qiymət artmalıdır?

Qiymət artımı söyləntilərinin yayılmasının bircə səbəbi var. Bu da ölkədə büdcənin gəlirlərinin azalmasıdır. Məmurlar büdcə gəlirlərinin azalmasını müxtəlif üsullarla kompensasiya etmək istəyirlər. Bunun da yollarından biri yanacaq qiymətlərinin artırılması ola bilər.

Natiq Cəfərli: “Əgər bu addım atılacaqsa, indi yox, ola bilsin ilin sonunda, ya da gələn ilin əvvəlində atılacaq”.

Amma bir məqam da var ki, əgər biz ekologiyaya önəm veririksə, elektrik avtomobillərinin təşviq proqramları artırılmalıdır. İndi bizdə son üç ildə istehsal olunan elektrik avtomobillərini ölkəyə gətirərkən müəyyən güzəştlər var. Nəyə görə üç il olmalıdır? Elektrik avtomobillərin 10 il bundan qabaq da istehsal olunanında və indi istehsal olunanında iş prinsipi eynidir. Yəni əgər biz doğrudan da, elektrik avtomobillərini təşviq etməliyiksə, bunun bütün ölkə üzrə infrastrukturunu qurmalıyıq, təşviq proqramını təşkil etməliyik, bunun üçün vergi, gömrük güzəştləri geniş miqyasda tətbiq olunmalıdır. Bu zaman təbii olaraq insanlar da elektrik avtomobillərə üstünlük verməyə başlayacaqlar.

Buna görə də, bunun ekologiya ilə birbaşa əlaqəsinin olduğunu düşünmürəm. Əsas məsələ gəlirlərin azalmasıdır. Amma Aİ 92 və dizelin qiymətinin artmasının yaxın zamanda olması şübhəli görünür. Çünki seçki dönəminə giririk. Bildiyimiz kimi, avqustun sonunda sentyabrın əvvəlində parlament seçkiləri olacaq. Seçkilərdən öncə hökumətin belə bir addım atması onun reytinqinə və nüfuzuna ciddi zərbə ola bilər. Buna görə də, əgər bu addım atılacaqsa, indi yox, ola bilsin ilin sonu, ya da gələn ilin əvvəli belə bir addım atılsın”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar