Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boliviyada prezidentin Rusiyaya səfəri dövlət çevrilişinə cəhdin səbəbi kimi göstərilib

Boliviya prezidenti Luis Arse dövlət çevrilişinə cəhddə iştirak edən hərbçilərin hərəkətləri nəticəsində ölkədə ən azı 14 nəfərin yaralandığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə Boliviya TV məlumat yayıb.

Prezident zərərçəkənlərdən bir neçəsinin əməliyyata ehtiyacı olduğunu deyib. Boliviya lideri hərbçilərin insanlara atəş açdığını vurğulayıb.

Boliviya Müdafiə Nazirliyinin rəhbəri Edmundo Novillo isə bildirib ki, ölkə prezidenti Luis Arsenin Rusiya Federasiyasına səfəri dövlət çevrilişinə cəhdə səbəb olan amillərdən biri ola bilər. O, Luis Arsenin Rusiyaya səfərinin uzun müddət Boliviyada dominantlıq edən və dövlət resurslarını talamaq üçün yenidən ölkədə siyasi nəzarətə sahib olmaq istəyən BRICS-ə müxalif dövlətlərdə reaksiyaya səbəb ola biləcəyini istisna etməyib.

İyunun 26-da Boliviyada dövlət çevrilişinə cəhd olub. Üsyançı general Xuan Xose Zuniqa ordu komandiri vəzifəsindən azad edilməsi ilə razılaşmayıb və demokratiyanı bərpa etməyi və siyasi məhbusları azad etməyi tələb edib. Boliviya prezidenti Luis Arse mühasirəyə alınan hökumət sarayından ordunun yüksək komandanlığını dəyişib və tərəfdarlarını demokratiyaya dəstək üçün meydana çıxmağa çağırıb. Bir neçə saat sonra qiyam yatırılıb, hərbçilər La Pazın mərkəzini tərk edib və general Zuniqa saxlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib

Ən çox oxunanalar