Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində Nəsimi rayonu üzrə tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.

Rayon ərazisindəki ünvanlarda İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin iyun ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 70-dən çox müraciət dinlənilmişdir.

Vətəndaşlar əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və  köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi,   həyətlərin abadlaşdırılması, binaların təmir olunması, liftin təmir olunması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin, navalçaların təmiri, küçə və həyətlərin işıqlandırılması,  ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlər barədə müraciətlər etmişlər.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.

Qəbullar və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham ƏliyevAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili”  ilə əlaqədar həyata keçirilən tədbirlər  barədə ətraflı məlumatlar verilmişdir. 

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, təklif və rəylərin verilməsi imkanının olduğu sakinlərin diqqətinə çatdırılmışdır.

Poliqon.info

 

 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Tarif Şurası Aİ 92 benzininin qiymətini qaldırdı

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Azərbaycanda bir sıra sahələrdə qiymətlər tənzimlənib

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanda avtobus və metroda sərnişindaşımanın qiyməti qalxıb

Ən çox oxunanalar