Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Laçın şəhərinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib...

“Report” xəbər verir ki, Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsiLaçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yeni köçürülən ailələrə mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verib. Onlara tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyatı qurumlara xəbər vermələri tövsiyə olunub.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. Bununla da Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Növbəti köç karvanı Laçın şəhərinə çatıb.

“Report” xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib

***

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı iyunun 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.

Poliqon.info


Etiket: Laçın Köç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - Video

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

Ən çox oxunanalar