Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İran prezidenti kim seçilirsə-seçilsin, Rəisinin yürütdüyü Cənubi Qafqaz siyasəti davam etdiriləcək...

İranda prezident seçkisinə bir neçə gün qalıb...

Azər Qasımov: “İranın AzərbaycanErmənistana qarşı siyasəti yeni formalaşmayıb ki, kiminsə prezident seçilməsi ilə dəyişsin”.

İranda növbədənkənar prezident seçkiləri gözlənildiyindən fərqli keçməyəcək və böyük ehtimalla rejimin üstünlük verdiyi şəxs prezident olacaq”.

Bu sözləri politoloq Azər Qasımov İranda keçirilməsi gözlənilən prezident seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, İranda prezident seçkisinə bir neçə gün qalıb. Müxtəlif rəy sorğularına və aparılan müşahidələrə görə, rəqabət əsasən 3 namizəd - Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlili, Təbrizin millət vəkili, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və parlamentin sədri Məhəmməd Baqir Qalibaf arasında gedəcək. İrandakı soydaşlarımız azərbaycanlı namizəd Məsud Pezeşkiyana dəstək verilməsini lazım bilir.

Eyni zamanda islahatçıların namizədi olan Məsud Pezeşkiyanın qalib gəlməsi halında İranın AzərbaycanErmənistanla bağlı siyasətində dəyişiklik ola bilərmi? Həmçinin digər namizədlərin AzərbaycanErmənistanla bağlı mövqeləri İbrahim Rəisinin yürütdüyü siyasətdən fərqli olacaqmı?

İranın AzərbaycanErmənistan siyasətini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Rəisinin ölümü Azərbaycandan qayıdarkən baş verdi. Bu səbəbdən onun ölümü şüur altında seçilən hər kəs üçün bir mesaj olaraq qalacaq”.

Azərbaycanlı seçicilərin favoritinin olmasının onlara da bir təsəlli olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, seçiləcəyi durumda onun hansısa yeniliklər edəcəyi və ya azərbaycanlılara qarşı münasibətin dəyişəcəyini gözləmək sadəlövhlük olardı:

İranda növbədənkənar prezident seçkiləri gözlənildiyindən fərqli keçməyəcək və böyük ehtimalla rejimin üstünlük verdiyi şəxs prezident olacaq. İranda prezident seçkilərinin mahiyyəti də bəllidir. İcra məqamı olan prezident vəzifəsinin İranın siyasi xəttində yenilik etməsi mümkün deyil. Seçkiyə buraxılan namizədlərin isə bəzi siyasi qruplaşmaların ambisiyalarını təmin etmək üçündür. Amma kimin seçilməsindən asılı olmayaraq namizədlər vahid siyasi xətti dəstəkləyir.

Təbii ki, azərbaycanlı seçicilərin favoritinin olması onlara da bir təsəllidir. Seçiləcəyi durumda onun hansısa yeniliklər edəcəyi və ya azərbaycanlılara qarşı münasibətin dəyişəcəyini gözləmək isə sadəlövhlük olardı.

Azər Qasımov: “İran rejiminin AzərbaycanErmənistan siyasəti ideologiyaya əsaslanır və bu dəyişmir”.

İranın Cənubi Qafqaz siyasətinə gəlincə, İranın AzərbaycanErmənistana qarşı siyasəti yeni formalaşmayıb ki, kiminsə prezident seçilməsi ilə dəyişsin. İran rejiminin AzərbaycanErmənistan siyasəti ideologiyaya əsaslanır və bu dəyişmir. Azərbaycan hələ müstəqil olmayıb, Sovet İttifaqının tərkibində olanda belə azərbaycanlılara və ermənilərə olan münasibət indikindən fərqlənmirdi.

Təbii ki, ritorikada hansısa yaxşı münasibətlərdən danışmaq olacaq. Amma İran prezidenti kim seçilirsə-seçilsin, Rəisinin yürütdüyü Cənubi Qafqaz siyasəti davam etdiriləcək. İranda prezident kim olursa-olsu Rəisidən uzağa gedə bilməyəcək. Uzağa gedənin taleyini hər kəs gördü. Hesab etmirəm ki, Rəisinin ölümü Azərbaycanla bağlı idi. Ancaq Rəisinin ölümü Azərbaycandan qayıdarkən baş verdi. Bu səbəbdən onun ölümü şüur altında seçilən hər kəs üçün bir mesaj olaraq qalacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Ən çox oxunanalar