Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qriqoryanın Rusiya ittihamları - Bu zehniyyətlə yaşayan Ermənistana müstəqil dövlət demək olarmı?..

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana verdi...

Politoloq: “Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bu bəyanatı daxili auditoriyaya hesablanmuş absurd bir çıxış oldu”.

“Qriqoryana təklif edərdim ki, onlar müstəqilliklərindən imtina edərək Rusiyaya birləşsinlər. Bəlkə bu halda Rusiya onlara kömək oldu”.

Bu sözləri politoloq Kamran Məmmədli Ermənistan Təhlükəsizlik Şurasının katibinin Rusiya siyasəti ilə bağlı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlamalarında Azərbaycanla yanaşı Rusiyanın Cənubi Qafqaz siyasətindən də danışıb və bildirib ki, Rusiya gəlib Qarabağı bizim əlimizdən alıb Azərbaycana qaytardı və sonra da çıxıb getdi. Qriqoryan qeyd edib ki, bu, Ermənistanın Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Ermənistan Təhlükəsizlik Şurasının katib həmçinin əlavə edib ki, Rusiyanın icazəsi olmasaydı, bu müharibə baş verməzdi.

Ermənistanın hələ də müharibədə məğlubiyyətlərinin günahını başqa yerlərdə axtarması əslində nədən xəbər verir və istər hakimiyyəti, istərsə də müxalifəti bu zehniyyətlə yaşayırsa, o zaman Ermənistana müstəqil dövlət demək olarmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Qriqoryan gərək etiraf etsinki Ermənistan müstəqil dövlət deyil və özləri hərbi müharibə aparmaq iqtidarında deyillər”.

Şuşanı aldıqdan sonra məhz Rusiyanın təkidi ilə 9 Noyabr Bəyanatını imzalanaraq Xankədiyə girişimizin müəyyən dövr ərzində məhdudlaşdırıldığını xatırladan politoloq sual edir ki, Rusiyanın bütun bu addımları Azərbaycanın xeyrinə atılan addımlar idi, yoxsa Ermənistanın?..

Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın bu bəyanatı daxili auditoriyaya hesablanmuş absurd bir çıxış oldu. İnsan gör nə qədər avantürist olmalıdır ki, belə bir söz işlətsin.

Maraqlıdır, bəs Qriqoryan niyə onu demir ki, Rusiya birinci Qarabağ savaşında Ermənistana tam dəstək verərək işğala yardımçı oldu? Eyni zamanda, ikinci Qarabağ savaşının gedişatında belə Rusiya Ermənistana silah və hərbi texnika təhcizatı ilə təminatı davam etdirirdi. Silahlar əsasən İran ərazisindən Ermənistana daşınırdı. Şuşanı aldıqdan sonra məhz Rusiyanın təkidi ilə 9 Noyabr Bəyanatı imzalanaraq Xankədiyə girişimiz müəyyən dövr ərzində məhdudlaşdırıldı. Rusiyanın bütun bu addımları Azərbaycanın xeyrinə atılan addımlar idi, yoxsa Ermənistanın?

Qriqoryan hesab edirəm ki, boş bəyanatlar vermək əvəzinə bu suallar haqda da düşünməlidir. Ola bilsin ki, Qriqoryan Rusiyanın müharibəyə birbaşa müdaxilə edərək, onların əvəzinə döyüşməyi arzulayırdı. Bu halda da, Qriqoryan gərək etiraf etsin ki, Ermənistan müstəqil dövlət deyil və özləri müharibə aparmaq iqtidarında deyillər.

Əslində bu bəyanat Ermənistanın bir dövlət olaraq baş tutmadığını sübut edir. Bu bir daha onu göstərir ki, ermənilərin dövlət zehniyyəti yoxdur və onlar daima ğzlərinə hami, dayaq axtarmaqla əslində özlərinin nə qədər aciz və biçarə olduqlarını ortaya qoyurlar.

Ona görə də Qriqoryana təklif edərdim ki, onlar müstəqilliklərindən imtina edərək Rusiyaya birləşsinlər. Bəlkə bu halda Rusiya onlara kömək oldu”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar