Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Kreml irəli sürdüyü ideyanı reallaşdırmağa çalışır...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Almatıda Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması ideyasını müzakirə ediblər...

Politoloq: “Yeni ideyanın müəllifi şəksiz Kremldir. Ukrayna müharibəsinə görə Rusiyanın Qərblə münasibətləri pozulub, ABŞNATO ilə qarşıdurma içərisindədir. Buna görə də Rusiya ətrafında anti-Qərb və anti-NATO bloku formalaşdırmağa çalışır”.

“Kremlin irəli sürdüyü konsepsiyaya görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ABŞNATO-nun digər üzvləri ilə hərbi sahədə əməkdaşlıq etməməli, onların təlimlərinə qatılmamalıdırlar”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın təklif etdiyi “Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması” ideyasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iyunun 21-də Almatıda Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması ideyasını müzakirə ediblər. Görünən odur ki, Kreml Almatıda “Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması” ideyasının müzakirəsinə KTMT-dəki tərəfdaşlarını cəlb edə bilib. Toplantıda iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavron deyib ki, Avroatlantik təşəbbüslər özünü ifşa edib və bölgədə sabitliyi gücləndirmək üçün yeni təhlükəsizlik arxitekturasına ehtiyac var.

Bəs, nədir bu yeni “arxitektura” və yeni ideya KTMT-nin çərçivəsini genişləndirə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Mərkəzi Asiya ölkələrinin bir qismi KTMT-nin üzvü olsalar da, həmin dövlətlər Kremlin yeni “ideyasına” şərik çıxmayacaqlar, əlbəttə müzakirələrdə iştirak edəcəklər, ancaq Avrasiyada yeni təhlükəsizlik arxitekturasının qurucuları sırasında olmayacaqlar”.

Həmin ölkələr üçün KTMT-nin kifayət etdiyini düşünən politoloq Poliqon-a bildirib ki, Rusiya isə həm KTMT-ni gücləndirmək, həm də bu təşkilatın sərhədini aşmaqla yeni hərbi blok formalaşdırmağa çalışır:

“Yeni ideyanın müəllifi şəksiz Kremldir. Ukrayna müharibəsinə görə Rusiyanın Qərblə münasibətləri pozulub, ABŞNATO ilə qarşıdurma içərisindədir. Buna görə də Rusiya ətrafında anti-Qərb və anti-NATO bloku formalaşdırmağa çalışır. Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya və Vyetnama səfəri də bununla bağlı idi.

Xatırladım ki, Kreml “yeni təhlükəsizlik arxitekturası” ideyasını hələ ötən ilin oktyabr ayında irəli sürüb. Belarusun paytaxtı Minskdə 2023-cü ilin oktyabrında KTMT çərçivəsində “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adında konfrans keçirilib. Rusiya həmin konfransda Avrasiya qitəsində yeni təhlükəsizlik sisteminin müzakirəsini təklif edib. Almatıda bu mövzuya yenidən qayıdılması onu göstərir ki, Kreml irəli sürdüyü ideyanı reallaşdırmağa çalışır. Rusiya bu ideyanın reallaşması üçün birinci ondan başlamaq istəyir ki, bölgəyə aid olmayan (ABŞNATO-ya üzv digər dövlətlər nəzərdə tutulur) dövlətlərin Avrasiya qitəsində hərbi iştirakının qarşısı alınmalıdır.

Elxan Şahinoğlu: “KTMT üzvü Ermənistan Fransadan, Azərbaycan isə NATO üzvü Türkiyədən və İsraildən silah alır”.

Kremlin irəli sürdüyü konsepsiyaya görə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ABŞNATO-nun digər üzvləri ilə hərbi sahədə əməkdaşlıq etməməli, onların təlimlərinə qatılmamalıdırlar. Mərkəzi Asiya ölkələrinin bir qismi KTMT-nin üzvü olsalar da, həmin dövlətlər Kremlin yeni “ideyasına” şərik çıxmayacaqlar, əlbəttə müzakirələrdə iştirak edəcəklər, ancaq Avrasiyada yeni təhlükəsizlik arxitekturasının qurucuları sırasında olmayacaqlar. Həmin ölkələr üçün KTMT kifayət edir. Rusiya isə həm KTMT-ni gücləndirmək, həm də bu təşkilatın sərhədini aşmaqla yeni hərbi blok formalaşdırmağa çalışır.

Cənubi Qafqaz ölkələrinin də hər birinin bölgədən uzaq ölkələrlə hərbi əməkdaşlığı mövcuddur. KTMT üzvü Ermənistan Fransadan, Azərbaycan isə NATO üzvü Türkiyədən və İsraildən silah alır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar