Bazar, 14 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toivo Klaar: Ermənistanla Azərbaycanın sülh sazişini imzalaması regionda yeni situasiya yaradacaq

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Report"a müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh prosesi, regionda sülhün bərqərar olunmasının Avropa İttifaqı ilə əməkdaşlığa necə təsir edəcəyi, eləcə də, minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi məsələləri ilə bağlı sualları cavablandırıb...

Poliqon.info müsahibəni təqdim edir...

- Vaxtaşırı AzərbaycanErmənistana səfərlər edir, dövlət rəsmiləri ilə görüşürsünüz. Cari il ərzində sülhə gedən yoldakı prosesləri necə qiymətləndirirsiniz?

- Doğrudan da, mən öz mandatımın icrası çərçivəsində regionda dialoqu, təhlükəsizliyi, sabitliyi və sülhü təşviq etmək üçün mütəmadi olaraq Azərbaycana və Ermənistana səfərlər edirəm. Liderlərin və digər məsul şəxslərin həm regionda baş verən siyasi proseslər, həm də AzərbaycanErmənistan sülh prosesindəki irəliləyişlər haqqında bizə məlumat verməkdə maraqlı olmalarını yüksək qiymətləndirmişik. Həmçinin, regionda sülhün bərqərar olması üçün imkanların ən yaxşı şəkildə necə dəyərləndiriləcəyi və dəstəklənəcəyi barədə fikir mübadiləsi aparmışıq. Bu səbəblə səfərlərim Aİ-nin ErmənistanAzərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləməyə yönələn yüksək səviyyəli səylərini asanlaşdırıb.

- Aİ-nin sülh danışıqlarına dəstəyi nədən ibarətdir?

- Son aylarda sülh danışıqlarında beynəlxalq iştirak əvvəlki iki illə müqayisədə daha məhdud olsa da, biz Ermənistan-Azərbaycan ikitərəfli görüşlərində əldə olunan irəliləyişi qeyd etməkdən məmnunuq. COP29 üzrə 7 dekabr 2023-cü il tarixli Birgə Bəyanatı, məhbusların azad edilməsi və ya 1991-ci il Almatı Bəyannaməsinin sərhədlərin delimitasiyası işlərinin əsası kimi əhəmiyyətini bir daha təsdiqləyən 19 aprel 2024-cü il tarixli sərhəd razılaşmasını və sonradan həyata keçirilən delimitasiya və demarkasiya kimi müsbət irəliləyişləri təqdir etdik. Bütün bunlar çoxdan gözlənilən sülh müqaviləsinin bağlanması üçün əlverişli zəmin yaradıb və müşahidələrimə əsasən, tərəflər indi siyasi iradə ilə çox tezliklə imzalana biləcək sazişə həmişəkindən daha yaxındırlar.

Bu yazın son onilliklərdə bölgədə ən sakit dövrlərdən biri olması faktını da alqışlamaq lazımdır. Tərəflərin düzgün yolda olduğuna inanıram. Ümid edirəm ki, müsbət irəliləyişlər davam edəcək və tezliklə növbəti konkret razılaşmalar və digər etimad quruculuğu tədbirləri əldə olunacaq. Artıq sülh müqaviləsinin əksər elementləri razılaşdırılıb və fikrimcə, qalan məsələlər də asanlıqla qəbul edilə bilər. Həmişə olduğu kimi, Aİ istər tərəflərin görüşlərini asanlaşdıraraq və ya görüşlərə ev sahibliyi edərək, istərsə də sülh sazişinin imzalanmasından sonra daha əməkdaşlığa meyilli və bir-birinə bağlı Cənubi Qafqaz inşa etmək üçün sülh dividendlərinin müzakirəsi yolu ilə tərəflərin faydalı hesab edə biləcəyi istənilən formada prosesi dəstəkləməyə hazırdır.

- Regionda sülhün bərqərar olunması Avropa İttifaqı ilə əməkdaşlığa necə təsir edəcək? Aİ iki ölkə arasında sülh sazişi bağlanandan sonra regional kommunikasiyaların açılmasına necə dəstək ola bilər? Bu layihələrə investisiya yatırımı Aİ üçün prioritet təşkil edir?

- Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması iki ölkəyə və bütün regiona çox böyük təsir göstərəcək. Bu, ticarət və iqtisadi qarşılıqlı təsir imkanlarının avtomatik olaraq artacağı tamamilə yeni situasiya yaradacaq. AzərbaycanErmənistan əhalisi ilk dəfə olaraq öz gələcəklərinə fərqli baxmaq imkanı əldə edəcəklər. Sülh Aİ-nin regionda necə fəaliyyət göstərə biləcəyinə də təsir edəcək, çünki bu, bizə hər üç Cənubi Qafqaz ölkəsi də daxil olmaqla daha çox regional əməkdaşlıqda iştirak etməyə imkan verəcək. Bir çox hallarda deyildiyi kimi, Aİ tərəflər arasında razılaşmalardan asılı olaraq regional əlaqə və nəqliyyata xüsusi diqqət yetirməklə, müxtəlif alətlər vasitəsilə bütün sektorlarda sülh üçün dividentləri dəstəkləməyə hazırdır.

Eyni zamanda, sülh AzərbaycanErmənistanı digər birbaşa xarici investisiyalar üçün də cəlbedici edəcək. Bütövlükdə, sülh həm dövlətlərin, həm də sadə ermənilərin və azərbaycanlıların qarşılıqlı əlaqə və əməkdaşlıqdan bəhrələnə biləcəyi yeni mühit yaradacaq ki, bu da onların bir-birini yenidən tanımasına imkan verəcək. Bu, gələcək nəsillərin rifahı üçün düşmənçilik səhifəsini birdəfəlik çevirməyə kömək edəcək.

- Məlumdur ki, Azərbaycan bu gün dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Ermənistan rəsmiləri ilə danışıqlar zamanı minalanmış ərazilərin tam xəritələrinin Azərbaycana verilməsi məsələsi müzakirə olunubmu? Ümumilikdə Aİ-nin mina probleminin aradan qaldırılması üçün Azərbaycana dəstəyi hazırda nədən ibarətdir. Bundan sonra bu istiqamətdə nə kimi layihələrin icrası gözlənilir?

- Ağdama səfərim, eləcə də Bakıda ANAMA nümayəndələri və digər Azərbaycan rəsmiləri ilə əlaqə zamanı şahidi olduğum bir məsələ oldu - mina çirklənməsi Azərbaycanın yaxın illərdə yerlərdə həll etməli olduğu ən böyük problemlərdən biridir. Biz mina hadisələrindən zərər çəkmiş bütün insanlar və ailələrlə həmrəy olduğumuzu bildiririk. Bu istiqamətdə səyləri dəstəkləmək üçün Aİ və onun üzv dövlətləri "Avropa Komandası Təşəbbüsü" (Team Europe Initiative) vasitəsilə 2020-ci ildən bəri təxminən 13 milyon avro dəstək göstəriblər. Onlar 2024-cü il üçün əlavə 5 milyon avro yönəldilməsi ilə Azərbaycanı bu səylərində dəstəkləməyə davam etməyi səbirsizliklə gözləyirlər. ANAMA-nın və digər aktorların Azərbaycanda apardığı işlərin tempi bizi çox ruhlandırır. Aİ son bir neçə ildə həm Ermənistan, həm də Azərbaycanla bu məsələ üzərində işləyir, hər iki tərəfə aydın mesajlar verir və müəyyən ekspert bilikləri ötürür. Eyni zamanda, biz bu məsələdə ErmənistanAzərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işi davam etdirəcəyik. Nəhayət, biz hər iki ölkənin minaların keçmişə çevrilməsi istiqamətində mühüm addım olacaq Ottava Konvensiyasına qoşulmasını görəcəyimizə ümid edirik.

Poliqon.info


Etiket: Toivo Klaar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda ən böyük restoran şəbəkələri kimlərə nəxsusdur? - Araşdırma

"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" - Foto, Video

“Bravo”da məhsul üzərindəki qiymətdən baha satılıb – Protokol yazıldı

29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla “səxavətlə” bölüşüb...

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib - Yenilənib

İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar

Yeniyetmə qardaşların meyiti tapıldı... - Video

İran prezidentinin yeni administrasiyanın xarici siyasət prioritetləri haqqında açıqlaması

ISW: Ukrayna hərbçiləri cəbhənin müəyyən sektorlarına əks-hücumlar həyata keçirir

Lukoşenko Ukrayna ilə sərhəddə gərginliyin aradan qalxdığını bildirib

İsrail “HƏMAS”ın daha bir liderini öldürüb

Ən çox oxunanalar