Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılışı olub

Bakıda Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin açılışı olub...

“Report” xəbər verir ki, Mədəniyyəti Günləri “Rus klassikası” qala-konserti ilə başlayıb.

Tədbirin açılışında Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev iştirak edib. “Bu gün biz 2019-cu ildən bəri keçirilməyən Mədəniyyət Günlərinin açılışını edirik. Çox ümid edirəm ki, bu tədbir müntəzəm olaraq keçiriləcək”, - o deyib.

A.Malışev qeyd edib ki, o, Azərbaycanın mədəniyyət naziri ilə birgə film istehsalı və yaradıcılıq mübadiləsi qruplarının qastrol səfərlərini müzakirə edib.

“Hazırda Rusiyada qastrol və konsert planı bərpa olunub ki, bu da dövlət teatrlarına və milli kollektivlərə, mahnı və rəqs ansambllarına ölkəmizin bütün regionlarına səfər etmək imkanı verir. Bu gün razılaşdıq ki, gələn ildən başlayaraq Azərbaycandan da yaradıcı qruplar bu proqrama daxil edilsin”, - o vurğulayıb.

Öz növbəsində, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov müasir Azərbaycan-Rusiya əlaqələrinin üzərində qurulduğu qarşılıqlı anlaşma və dostluğun xüsusi diqqətəlayiq olduğunu qeyd edib.

“Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi çərçivəsində “Kino həftəsi”nin təşkili bir növ ənənəyə çevrilib”, - o xatırladıb.

M.Hüseynovun sözlərinə görə, mədəniyyət günlərinin keçirilməsi, birgə layihələr ölkələrimiz arasında incəsənət sahəsində əməkdaşlıq üçün əsas amildir.

Qala-konsertdə Rusiyanın əməkdar artisti İvan Rudinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri məşhur rus bəstəkarları Çaykovskinin, Raxmaninovun, Rimski-Korsakovun, Şostakoviçin məşhur əsərlərini ifa ediblər.

Qeyd edək ki, iyunun 25-də Səməd Vurğun adına Azərbaycan Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının ifasında “Ailə şəkli” tamaşasının nümayişi olacaq.

Tədbirlər proqramına ustad dərsləri də daxildir. İyunun 25-də Səməd Vurğun adına Rus Dram Teatrında Moskva Quberniya Teatrının aktrisası Alina İvaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün vokal üzrə ustad dərsi keçiriləcək. Eyni zamanda, artistlər Aleksandrin Pitirimov və Natalya Kulikova aktyorluq sənəti üzrə ustad dərsi keçirəcəklər.

Fotolar

Poliqon.info

 

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - Foto, Video

Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

Ən çox oxunanalar