Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi İslamabad: "Taliban” Pakistanın təhlükəsizliyini təhdid edir"

Rəsmi İslamabad “Taliban”ı Pakistanın təhlükəsizliyinə təhdiddə iştirakda ittiham edib.

“Report” “Aj News”a istinadən xəbər verir ki, bunu Pakistanın xarici işlər nazirinin müavini Hana Rəbbani avqustun 5-də yerli telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ittihamla bağlı Əfqanıstandakı “Taliban” hökumətinə sənədlər təqdim edib.

H.Rəbbani Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardarinin son açıqlamalarını təkrarlayaraq deyib ki, Əfqanıstandakı hökumət "Taliban” terror qruplaşmasına qarşı fəaliyyət göstərməyəcəyi halda İslamabad özünü qorumaq üçün beynəlxalq qanunlara uyğun tədbirlər görəcək: “Bu ölkənin özünü qorumaq üçün hərəkətə keçmək hüququ var".

Nazir müavini əlavə edib ki, əvvəlki hakimiyyətin süqutundan sonra Əfqanıstanda terror aktları daha tez-tez baş verir. Hətta qanuni viza ilə Pakistana daxil olanlar da bəzi hücumlarda iştirak ediblər.

Qeyd edək ki, bu yaxınlarda Pakistanın Hayber-Puştun əyalətinin Bacaur rayonunda 50-dən çox insanın ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumu olub. Bu hadisənin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Poliqon.info 


Etiket: İslamabad


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar