Cümə axşamı, 11 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Rusiyadan neft və neft məhsullarının idxalını 90% azaldıb

Aİ mart ayında Rusiyadan neft və neft məhsullarının idxalını 1,4 milyon tona qədər azaldıb...

Avropa İttifaqı (Aİ) 2023-cü ilin martında Moskvaya qarşı tətbiq etdiyi sanksiya məhdudiyyətləri fonunda Rusiyadan neft və neft məhsullarının idxalını 1,4 milyon tona qədər azaldıb.

Poliqon xəbər verir ki, bu barədə iyunun 19-da dərc olunan Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) hesabatının məlumatları sübut edir.

Mart ayı göstəricisi 2019-cu ildən 2022-ci ilə qədər olan orta aylıq daşımalardan 90% aşağı olub. Yəni, göstərici təxminən 10 dəfə aşağı düşüb. Qeyd olunur ki, bu ilin mart ayında Aİ ölkələri Rusiyadan 1,17 milyon ton neft, 0,3 milyon ton neft məhsulları alıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 5-də G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiya neftinin dəniz yolu ilə tədarükü üçün bir barel üçün 60 dollar qiymət tavanı barədə razılığa gəliblər. 2023-cü ilin fevralında Rusiya Federasiyasından neft məhsullarının tədarükünə eyni məhdudiyyətlər qüvvəyə minib. “Tavan”ın ölçüsü neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 dollar səviyyəsində müəyyən edilib.

Eurostat-ın materiallarına görə, Aİ qadağalar tətbiq olunmamışdan əvvəl neft və neft məhsullarının başqa mənbələrdən almağa başlayıb. Rusiyadan Aİ ölkələrinə 2022-ci ilin yanvarında 12,4 milyon ton olan neft idxalı dekabrda 3,7 milyon tona düşüb. Daha sonra embarqonun birinci hissəsi qüvvəyə minib. 2023-cü ilin mart ayında tədarüklərin həcmi 1,17 milyon ton olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kişilərin diqqətinə: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır

Bakıda özəl xəstəxana 32 yaşlı qadının ölümünü əvvəl təkzib, sonra təsdiq etdi - Detallar

Əmək pensiyalarının təyin edilməsi və hesablanması qaydasında dəyişiklik edilib

Natiq Miri: Rusiyanın potensial təhlükəsi NATO-nu həqiqətən də, silkələdi...

AVRO-2024: Niderland - İngiltərə matçı öncəsi dava düşüb

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur? – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır?

Bakıda kişi nişanını iki dəfə pozan sevgilisini döydü

DİN rəsmisi səsvermədən sonra sərbəst toplaşma ilə bağlı xəbərdarlıq etdi

Bayramov-Mirzoyan-Blinken görüşü... - Sülh yolunda irəliləyiş gözlənilir?

Ən çox oxunanalar