Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya Prezidenti: NATO Ukraynaya vəd etdiyi yardımın yalnız yarısını çatdırıb...

Rumıniya prezidenti Klaus İohannis Vaşinqtonda keçirilən alyans sammitindən sonra bildirib ki, NATO ölkələri Ukraynaya vəd edilmiş həm maliyyə, həm də hərbi yardımın yalnız yarısını çatdırıb...

Poliqon xəbər verir ki, İohannis bu barədə Vaşinqtonda mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əgər müttəfiqlər Ukraynanın qalib gəlməsini istəyirlərsə, yardımın həcmini artırmaq lazımdır.

“Hamımızın Ukraynaya verdiyi yardıma gəlincə, düşünürəm ki, realist olmağın vaxtı çatıb. Söz verdiyimizin təxminən yarısını çatdırmışıq və bu kifayət deyil. Biz puldan danışmırıq, çünki Avropa İttifaqının vəd etdiyi pullar verilmişdi, ABŞ-ın vəd etdiyi pullar demək olar ki, tam təmin edilib”, deyə İohannis bildirib.

Rumıniya prezidenti misal kimi NATO ölkələrinin döyüş sursatı və artilleriya tədarükü ilə bağlı vədlərini göstərib. Klaus İohannis vurğulayıb ki, Ukrayna hələlik bu paket yardımların çox hissəsini almayıb.

Xatırladaq ki, iyulun 9-11-də baş tutan NATO sammitindən sonra alyans ölkələri 2025-ci ildə Ukraynaya 45 milyard avro ayırmağa söz veriblər. Həmçinin sammitdə ABŞ-ın dəstəyi ilə Amerika F-16 qırıcılarının Danimarka və Hollandiyadan Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi prosesinin başladığı açıqlanıb. Bundan əlavə, alyans üzvləri Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək qərarına gəliblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay