Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bank krediti, ya da kredit kartı ilə qurban kəsmək olarmı?

Məlumdur ki, Qurban bayramı hicri-qəməri təqvimi ilə zilhiccə ayının 10-da başlayır və bir neçə gün davam edir. Dinimizə görə zəngin sayılan, yəni qurban kəsməli olan bir müsəlmanın əlində müəyyən səbəblər üzündən həmin günlərdə qurbanlıq heyvan və ya nəğd pul yoxdursa, bu ibadəti yerinə yetirmək üçün tanıdığı, bildiyi, aralarında güvən olan birisindən borc alaraq da yerinə yetirə bilər. Ola bilər ki, qurban kəsəcək adamın əlindəki məbləğ yetərli deyil, bu zaman heyvanın dəyərinin bir həssəsinin nəğd ödənişlə, bir hissəsinin isə borc olaraq razılaşdırılması da mümkündür. Misal üçün, bir insan qurbanlıq heyvanı diri halda öz kəndçisindən, ya da tanışından pulunu müəyyən vaxt sonra (hətta hissə-hissə ödəmək şərtilə də) borc götürərək kəsərsə, bu zaman heyvan artıq həmin şəxsin mülkiyyətinə keçmiş olur. Heyvan onun mülkiyyətində olduğu üçün də bu heyvanı qurban kəsə bilər. Borc götürmək məsələsi, birbaşa heyvanı diri halda sahibindən borc alaraq, başqasından borc pul götürərək qurbanlıq heyvan almaq, ya da günümüzdə kredit kartı ilə qurbanlıq heyvan alaraq da cərəyan edə bilər.

Əvvəlki yazılarda qeyd edildiyi kimi Qurban bayramı günlərində qurban kəsmənin bir müsəlmana vacib olması üçün nisab miqdarı adlanan 85 qr qızıl ya da bu dəyərdəki pula sahib olması lazımdır. Bu da günümüz şərtlərində (qızılın bir qıramının qiymətindən yola çıxaraq) 8500-9500 azn pula qarşılıq gəlir. Bu qədər pulu olan bir şəxsin vacib olan qurbanı kəsməsi (kəsdirməsi) üçün onsuz da başqa bir yerdən borc almasına ehtiyac yoxdur. Ancaq nisab miqdarı pula (85 qr qızıl və ya 8500-9500 azn) sahib olan şəxsin pulunun yanında olmaması, ya da digər səbəblərə görə hissə-hissə ödəmək şərtilə, borc alaraq və ya bu kimi başqa metodlarla da qurbanlıq heyvanı alıb kəsməsi mümkündür.

Burada borc götürərək qurban kəsmək məsələsi İslama görə prinsip olaraq mümkün və caizdir. Əks təqdirdə bu məsələ imkanı olmayanın özünü çətinə salaraq, borca girərək qurban kəsməlidir mənasında anlaşılmamalıdır.

Qeyd edək ki, bankdan nəğd pulu müəyyən faizlə kredit götürməklə kredit kartından istifadə etmək dinimizə görə ayrı-ayrı şeylərdir. Burada əsas məsələ İslamın faiz məsələsinə baxışıdır. Bankdan alınan kreditdə işin içinə birbaşa faiz bulaşdığı üçün İslam alimlərinə görə, bu pulla qurbanlıq heyvan, ya da başqa bir şey almaq caiz deyil. Ancaq kredit kartı ilə alış-veriş etmək birbaşa faizə girmək mənasına gəlmir. Kredit kartında 20-30-40 gün kimi müəyyən vaxt limitləri qoyulur ki, bu müddətə qədər alınan (xərclənən) pul geri ödəniləndə hər hansı faiz ödənilmir. Bu səbəbə görə prinsip olaraq İslam alimləri bank kreditindən fərqli olaraq kredit kartı ilə qurbanlıq heyvan alıb kəsmənin, həmçinin kredit kartı yolu ilə qurbanlıq heyvan satmanın caiz olduğunu, yəni kəsilə biləcəyini qeyd etmişlər.

Kredit kartına geri ödəniş vaxtında edilməlidir ki, əlavə faiz hesablanmasın, yəni işin içinə faiz qarışmasın. Kredit kartından istifadə ediləndə işin içinə faiz qarışma ehtimalı olduğuna görə bəzi fiqh alimləri normal borc alaraq və hissə-hissə ödəmək şəklində bir qurban almağı kredit kartından istifadə edərək almaqdan daha uyğun hesab etmişlər. Ancaq yenə qeyd edilməlidir ki, burada söhbət şəri hökmlərdə qurban kəsmənin vacib olduğu və maddi gücə sahib şəxslərdən gedir. Əks halda burada insanları borca girərək, özünü çətinə salaraq qurban kəsməyə təşviq etməkdən getmir. Onsuz da müsəlman bir cəmiyyətdə nisab miqdarı pula sahib olan imkan sahibləri öz qurbanlarını kəsər, həmçinin bu qurban ətlərinin adil bir formada ehtiyac sahiblərinə paylanmasını təmin edərlərsə, zəngin və ya kasıb fərqi olmadan bayram ab-havası cəmiyyətin bütün təbəqələrində hiss edilər. Bütün bunlarla yanaşı şəri hökmlərdə qurbanın ona vacib olacaq qədər nisab miqdarı mala sahib olmayan, ya da maddi gücü o qədər yaxşı olmayan, lakin buna baxmayaraq qurban savabı əldə etmək istəyən, qurban kəsməkdən hasil olan mənəvi sevinc və hüzuru dadmaq istəyənlər də öz qurbanlarını kəsə bilərlər. Bu tip insanların qurban kəsmələrini əngəlləyəcək hər hansı dini bir hökm və əngəl mövcud deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Tahir Gözəl "Qarabağ"la birgə Bolqarıstana yollanıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay