Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtkin düşənlərin qohumları və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib

Hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşənlərin qohumlarından və naməlum meyitlərdən bioloji materialın götürülməsi qaydası müəyyənləşib...

Poliqon xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişiklik məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji materialın götürülməsi qaydası ilə bağlıdır.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (bundan sonra – DTX) əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aşkar edilmiş naməlum meyitlərin müayinəsi zamanı da həmin meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi DTX-nin əməkdaşı tərəfindən götürüləcək.

Azərbaycan Respublikasına qarşı hərbi təcavüz nəticəsində, o cümlədən ərazilərin işğaldan azad olunması dövründə xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) və işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş naməlum meyitlərdən müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DTX-nin Hərbi-tibb baş idarəsinə göndəriləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar