Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Diri Baba" türbəsinin abadlaşdırılması ilə bağlı gələcək planlar açıqlanıb

2 il bundan əvvəl Diri Baba türbəsi ətrafında turizm infrastrukturunun yaradılması üçün xeyli işlər görülüb, türbəyə gedən yol və ətraf abadlaşdırılıb, qurbangah və inzibati bina tikilib. Hazırda isə abidənin özünün bərpası ilə bağlı işlərə başlanılması planlaşdırılır...

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.

"Bu məqsədlə türbənin özünün bərpası ilə bağlı layihələndirmə sənədləri hazırlanacaq. Bununla yanaşı həm yaxınlıqdakı qəbrəstanlıqda abadlaşdırmanın və arxeloji qazıntıların aparılması, həm də abidənin ətrafında bir sıra abadlaşdırma işlərinin görülməsi planlaşdırılır. İlkin mərhələdə Diri Baba türbəsinə turistlərin rahat gedib-gəlməsi, orada rahat vaxt keçirməsi üçün turizm infrastrukturunun qurulmasını təmin etmişdik, indi isə abidənin özünün bərpası üçün layihələndirmə işlərinə başlanılır", - deyə məlumatda qeyd olunub.

***

Qobustan rayonundakı "Diri Baba" türbəsi bərpa ediləcək və ətrafı abadlaşdırılacaq.

“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, görüləcək işlər çərçivəsində ərazidə arxeoloji qazıntılar aparılacaq, abidəyə qalxan pilləkan, qəbirstanlıq ətrafındakı məhəccər, abidə qarşısında beton sahə, piyada yolu, abidənin üst hissəsində metal hasar, giriş hissədəki şlaqbaum təmir ediləcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuşdu. Yenidənqurma işləri çərçivəsində ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılmışdı. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilmişdi.

XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanmışdı. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılmışdı. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılmışdı.

Xatırladaq ki, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Britaniya, İtaliya və Yaponiya yeni nəsil döyüş təyyarəsi konseptini təqdim ediblər

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Yevlaxda yanıq xəsarətləri alan körpə həyatını itirib -Yenilənib

Ən çox oxunanalar