Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Cənubi Qafqazda gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?

Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin “Zvartnots” hava limanına eniş etməsi Ermənistan ordusunun silahlandırılması məsələsini yenidən gündəmə gətirib...

Politoloq: “Bu onu göstərir ki, Fransa öz əməllərindən geri çəkilən deyil və Ermənistanı silahlandırmaqda davam edir”.

“Fransanın daxilində siyasi vəziyyətin gərgin olduğu bir vəziyyətdə yenə də Parisin Yerevanı silahlandırması şübhələr doğurur”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Fransanın Hərbi təyyarəsinin Ermənistana eniş etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin iyulun 20-də İrəvanın “Zvartnots” hava limanına eniş etməsi Ermənistan ordusunun silahlandırılması məsələsini yenidən gündəmə gətirib. Hərbi yük təyyarəsinin dəqiq nə daşıdığı açıqlanmasa da, içində silah-sursatın olması istisna deyil.

Avropadan sülh çağırışlarının səsləndirildiyi bir zamanda Paris gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?

Fransanın Cənubi Qafqazda gərginliyi artırmaq niyyətinin arxasında dayananları Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Düşünürəm ki, erməni diasporu silahı Ermənistana Fransanın əli ilə verir”.

Əgər fransızlar Bakıda Qənimətlər Parkında öz silahlarının nümayiş etdirilməsini istəmirlərsə, öz hökümətlərinə əməllərindən əl çəkmələrini başa salmalı olduqlarını vurğulayan politoloq qeyd edib ki, əks halda, nəticəsi yaxşı bitməyəcək:

“Bu onu göstərir ki, Fransa öz əməllərindən geri çəkilən deyil və Ermənistanı silahlandırmaqda davam edir. Təəsüflər olsun ki, Azərbaycan məsələnin nə qədər sülh yolu ilə həll edilməsinin tərəfdarı olsa da, sülh müqaviləsinin imzalanmasını tezləşdirməyə çalışsa da, görünür Ermənistan tərəfi hələ bunu anlamır.

Londonda keçirilən görüşdən Paşinyanın görüşdən qaçması, ardınca isə yenidən Fransanın Ermənistanı silahlandırması rəsmi Parisin Cənubi Qafqazda gərginliyin artmasına xidmət göstərdiyini göstərir. Fransa Cənubi Qafqazda yeni müharibənin olmasını istəyir və buna görə də, Ermənistan tərəfini silahlandırır. Bu çox təəssüfləndirici hadisədir.

Zeynal Əmrəliyev: “Fransa bu prosesi həyata keçirməsə, əllərində olan maliyyə qaynaqlarını itirəcəklər. Əsas məsələ də məhz budur”.

Fransanın daxilində siyasi vəziyyətin gərgin olduğu bir vəziyyətdə yenə də Parisin Yerevanı silahlandırması şübhələr doğurur. Görünür Fransa hakimiyyəti bütövlükdə erməni diasporunun əlində əsirə çevrilib. Buna görə də, davamlı şəkildə bu prosesi həyata keçirirlər. Fransa bu prosesi həyata keçirməsə, əllərində olan maliyyə qaynaqlarını itirəcəklər. Əsas məsələ də məhz budur.

Düşünürəm ki, erməni diasporu silahı Ermənistana Fransanın əli ilə verir. Təbii ki, əgər Ermənistan yenidən hər hansısa revanşa cəhd edərsə, Azərbaycan ordusu onun layiqli cavabını verəcək. Əgər fransızlar Bakıda Qənimətlər Parkında öz silahlarının nümayiş etdirilməsini istəmirlərsə, öz hökümətlərinə əməllərindən əl çəkmələrini başa salmalıdırlar. Əks halda, nəticəsi yaxşı bitməyəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Ən çox oxunanalar