Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Demokratlar var gücü ilə çalışacaq ki, Trampı hakimiyyətə buraxmasınlar...

Harrisin namizədliyi ilə Demokratların Tramp qarşındakı şansları...

Siyasi-şərhçi: “Trampın partiya tərəfindən ciddi dəstəyi olsa da, amma partiyanın tanınmış simaları, keçmiş prezidentlərdən heç biri Trampa dəstək ifadə etməyiblər. Əksinə partiyanın bəzi rəsmiləri, yüksək vəzifəliləri Trampın əleyhinə çıxış ediblər”.

“Demokratlar siyasətlərini düzgün qursalar qalib gələ bilərlər. Onların şansları var”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ABŞ-da keçiriləcək prezident seçkisini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizədlikdən geri çəkilmək qərarı 2024-cü il prezidentlik yarışını alt-üst edib və bu, müasir ABŞ tarixində gözlənilməz bir hal olub, hətta demək olar ki, namizədlik prosesini xaotik bir vəziyyətə salıb.

Həftələrdir yaşı və mental sağlamlığından narahat olan Demokrat həmkarlarının təzyiqinə məruz qalan Bayden bazar günü prezidentlik yarışından çəkildiyini və vitse-prezidenti Kamala Harrisi dəstəklədiyini bəyan etdi.

Bəs, Baydenin geri çəkilməsindən sonra Harrisin namizədliyi ilə Demokratların Tramp qarşındakı şanslarını necə dəyərləndirmək olar?

Prezidentlik uğrunda Tramp-Harris mübarizəsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “ABŞ-da seçkinin taleyini tərəddüd deyilən ştatlar həll edir. O ştatlar ki, ənənəvi olaraq nə Demokratların, nə də Respublikaçəların tərəfində deyillər”.

Hal-hazırda keçirilən son sorğularda Trampın Harrisi cəmi 2 faiz önlədiyinə nəzər salan ekspert bildirib ki, bunun dəyişəcəyini və necə dəyişəcəyini bu gün demək çətindir:

“Hələ rəsmi olaraq Harrisin namizədliyi irəli sürülməyib. Kimin namizəd olması avqustun 22-də Demokratların Çikaqoda keçiriləcək qurultayında müəyyən olunacaq. Amma ilkin əlamətlər bundan ibarətdir ki, Baydenin seçkidə iştirak etməyəcəyini və Harrisi dəstəkləyəcəyini elan etdiyi 24 saat ərzində seçki kompaniyasına dəstək üçün 81 milyon ianə toplanılıb. Bu da onu göstərir ki, Harrisin tərəfdarları kifayət qədər çoxdur.

Demokratlar var gücü ilə çalışacaq ki, Trampı hakimiyyətə buraxmasınlar. Çünki onlar bunu ABŞ-ın fəlakəti kimi qiymətləndirirlər. Digər tərəfdən, Trampın partiya tərəfindən ciddi dəstəyi olsa da, amma partiyanın tanınmış simaları, keçmiş prezidentlərdən heç biri Trampa dəstək ifadə etməyiblər. Əksinə partiyanın bəzi rəsmiləri, yüksək vəzifəliləri Trampın əleyhinə çıxış ediblər.

Respublikaçılardan fərqli olaraq Demokratlar Partiyasının hamısı Harrisi dəstəklədiklərini bildiriblər. Demokratlar siyasətlərini düzgün qursalar qalib gələ bilərlər. Onların şansları var. Amma hələlik birmənalı fikir söyləmək çətindir. Çünki hələ Harris rəsmi olaraq prezidentliyə namizəd deyil. Baxmayaraq ki, addımlar atılır və Harrisin xeyrinə çox güclü media kompaniyası başlayıb. ABŞ informasiya məkanında Demokratların media imkanları daha genişdir.

Ərəstun Oruclu: “Harrisin xeyrinə çox güclü media kompaniyası başlayıb”.

Qeyd edim ki, hal-hazırda keçirilən son sorğularda Tramp Harrisi cəmi 2 faiz önləyir. Amma bunun dəyişəcəyini və necə dəyişəcəyini bu gün demək çətindir. Ola bilsin ki, Harrisin reytinqi artsın, ya düşsün, ya da belə də qalsın. Hər şey kompaniyasının gedişatından asılı olacaq.

Onu da qeyd edim ki, ABŞ-da seçkinin taleyini tərəddüd deyilən ştatlar həll edir. O ştatlar ki, ənənəvi olaraq nə Demokratların, nə də Respublikaçəların tərəfində deyillər. Onlara sadəcə olaraq ortaq mövqedə dururlar. Bu ştatların mövqeyindən çox şey asılı olacaq. Kim o ştatlarda seçki müvəkkillərində qalib gəlsə, o da qalib gələcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Ən çox oxunanalar