Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan politoloqu:”Ruslar bizi alçaltmaq üçün bəhanə axtarırlar, KTMT isə ...”

Siranuş Papyan

lragir.am (Ermənistan), 19.12.2018

Ermənistan Strateji və Milli Araşdırmalr Mərkəzinin direktoru Manvel Sərkisyanın Ermənistan-Rusiya münasibətləri haqda Ermənistan portalına müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

-Cənab Sərkisyan, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, xarici hərbçilərin Ermənistan biolaboratoriyalarında iştirakının istisnası haqda sənəd işlənir. Bununla bağlı Ermənistanın suverenliyinin məhdudlaşdırılmasına növbəti təhlükə haqda danışmağa başlayıblar. Biz Lavrovla nə barədə danışıqlar aparırıq?

-Ermənistanın XİN deyilən qurumunun nə dediyini bilmirəm, nə baş verdiyini onlar da bilmirlər. Lavrov deyir ki, sənədin imzalanmasına hazırlıq gedir, onlar deyirlər ki, xəbərsizik. XİN təmsilçisinin sözləri heyrətləndirir, elə bil, Ermənistanda yaşamır. Qaldı ki Lavrovun bəyanatına, o ancaq arzunu ifadə edib. Rusya xarici qoşunların iştirakını istisna edən sənədi çoxdanr Ermənistanın boynuna qoymaq istəyir. Həm də işin nə yerdə olduğunu XİN izah etməlidir. Amma bununla yanaşı Kremlin konsultantı Modest Kolerov bəyanat verib ki, Ermənistandakı baza Rusiyaya yük olub, onun başağrısından savayı heç bir faydası yoxdur və çıxarmaq gərəkdir. Və bu bəyanat Lavrovun sözlərilə kompleksdə götürülsə, əsil hədəfləri görmək olar. Kolerov Rusiyada sonuncu adam deyil, nəsə də deyirsə, havayı demir.

Bir vaxt deyirdilər ki, Krımın işğalından sonra Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması haqda məsələ qaldırılıb. Rusiyanın əsil planları kimi bunu da XİN-də aydınlaşdırmaq gərəkdir. Əks təqdirdə onlar hansısa sənədi imzalamq istəyirlərsə, qoy desinlər, biz də bilək. Ola bilsin, ruslar bazanı çıxarmaq və sənəd imzalamaq istəyirlər ki, onların yerini heç kim tutmasın.

Rusiya səfiri Gümridə Rusiya hərbçisinin ittiham edildiyi qadının qətlini siyasiləşdirməməyə çağırır. Əslıində, kim siyasiləşdirməyə çalışır, Ermənistan hökuməti niyə müttəhimin yenə də Rusiya bazasında saxlanmasına qiymət vermir?

-Məsələ Rusiyaya aid olanda Ermənistanda nə vaxt bəyanat veriblər? Belarus prezidenti haqlıdır – “başqaları dadanmasın deyə bizi vururlar, kim Azərbaycana silah satırsa, sözünüzü onlara deyin”. Yəni Rusiyaya. Ermənistanın inqilaba hünəri çatdı, amma Rusiya ilə münasibətləri aydınlaşdırmağa bəs etmir. 2015-ci ildə Avetisyan ailəsi qorxunc şəkildə güllələndikdən sonra baş katibdən başlayaraq sürücüyədək hamı yorğan altında gizləndi. Bax, problem buradadır.

–Bütünlükdə Ermənistan-Rusiya münasibətlərindəki problemləri necə dəyərləndirirsiniz?

-Heç bir problem yoxdur, ruslar bizi alçaltmaq üçün bəhanə axtarırlar, biz isə öz ləyaqətimizi qorumaq üçün bəyanat vermirik.

–Amma qarşılıqlı qınaqlar səslənir, KTMT-də də hər şey yolunda deyil, Nikol Paşinyan qarşılıqlı öhdəlikləri dəqiqləşdirməyə çağırır. Yəni problemlər hər halda var.

-Əvvəlcə aydınlaşdırmaq gərəkdir ki, KTMT nədir. Deyirlər ki, NATO-ya alternativdir, amma bu, vur-tut, Rusiyanın öz qonşularına nüfuzunu genişləndirdiyi bir arenadır. Burada Ermənistanın rolu böyükdür, çünki Ermənistan əks tarazlqıdır. Üzv dövlətlərin hamısı Ermənistanın rəqibidir və Rusiya bundan oyun qurur. Orada vərdiş ediblər ki, üzümüzə tüpürsələr, burada təşəkkür edəcəklər. Və birdən kimsə sual verməyə başlayır və hamı çaşıb qalıb. Bu, uşaq bağçasıdır, heç bir hərbi blok yoxdur. Madam Belarus prezidenti bütün dünyanın gözü qabağında o cür danışa bilir, deməli, ora əsil fahişəxanadır.

–Son zamanlar Qarabağ tənzimlənməsində hansısa tərpənişdən danışmağa başalyıblar. Siz bunu ağlabatan sayırsınız?

-Bəs nə dəyişilib? Beynəlxalq birlik öz münasibətini dəyişməyib, Rusiya kimi Azərbaycan da dəyişməyib. Heç kim mövqeyini dəyişməyibsə, nə baş verə bilər?

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket: Sərkisyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Ən çox oxunanalar