Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev istefa verir...

Pravda.az-ın əldə etdiyi məlumata görə, artıq S.Möhbalıyevin ərizəsinin alındığı bildirilir. İstefanın avqust ayında elan ediləcəyi gözlənilir. Qeyd olunub ki, qurultaya hazırlaşan bəzi üzv təşkilatlar da yekun qərarı gözləyirlər. 

Sədrin istefası təsdiqlənərsə, qurumun Nizamnaməsinə uyğun olaraq qurultay çağırılacaq və yeni sədr seçiləcək. 

2006-cı ildən AHİK-in katibi-maliyyə şöbəsinin müdiri Qalib Qəribovun fəaliyyətinin yoxlanacağı da daxil olan məlumatlar sırasındadır. Onun sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu olduğu bildirilir. 

Təşkilatın sözçüsü Rəşad Nəsirov isə Pravda.az-a deyib ki, bu barədə xəbərsizdir və məlumat həqiqətəuyğun deyil.

Qeyd: S.Mehbalıyev hazırda 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsinin deputatıdır. Onun namizədliyini yenidən irəli sürəcəyi gözlənilir. Həmin seçki dairəsi üzrə hakim Yeni Azərbaycan Partiyası (YAP) Asiman Babayevin, Azərbaycan Demokrat Partiyası isə Sərdar Cəlaloğlunun namizədliyini irəli sürüb. S.Cəlaloğlu 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini 15 saylı Yasamal birinci seçki dairəsindən irəli sürmüşdü. Hazırda isə ADP sədrinin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən namizədliyini irəli sürməsi həmin dairə üzrə seçkilərin diqqət mərkəzində olacağının göstəricisidir. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ən çox oxunanalar