Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış

Daşkəsəndə baş vermiş dəhşətli qətlin təfərrüatı məlum olub...

Oxu.Az xəbər verir ki, 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev özündən 14 yaş kiçik arvadı Atlas Ocaqverdiyevanı öldürüb.

Mərhumun qardaşının sözlərinə görə, onların arasında mübahisələr çox olub. Sonuncu davaları isə may ayının 14-də yaranıb.

Hətta qətli törədən şəxs bu tarixi yaddaqalan etmək üçün evin divarına yazıb.

Qonşuların sözlərinə görə, T.Ocaqverdiyevin heyvanları qonşunun həyətinə keçib, qonşu isə narazılıq edərək, heyvanların onun məhəlləsini dağıtdığını bildirib. Elə ərlə-arvad arasındakı mübahisə isə bundan sonra gərginləşib.

T.Ocaqverdiyev qonşu kişinin onlara gəlməsini səhv başa düşərək, həyat yoldaşını günahlandırıb və qətlə yetirib.

Qeyd edək ki, ailənin iki oğul övladı olub, hadisə zamanı onlar evdə olmayıblar.

Xatırladaq ki, faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Ətraflı APA TV-nin süjetində:

***

İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Daşkəsən rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Ən çox oxunanalar