Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə bəzi tələbələr ikili diplom əldə edəcəklər

Ölkəmizdə ilk dəfə olaraq peşə təhsil sistemində COP29 ili çərçivəsində yeni ixtisaslar yaradılır...

2024-2025-ci tədris ili üzrə Peşə Təhsil Mərkəzinə qəbul yerlərinin sayı 3 dəfədən çox artırılaraq 600 tələbəyə çatdırılıb.

Bu il qəbul 13 ixtisas üzrə həyata keçiriləcək. Mərkəzə qəbul olan tələbələr həm dövlət hesabına, həm də ödənişli əsaslarla təhsil ala bilərlər.

Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər. Yüksək texniki peşə təhsilini müvəffəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər.

Mərkəz tərəfindən tələbələrə iş tapmalarında daim dəstək göstərilib, belə ki 70 faizdən çox tələbə müxtəlif sahələrdə işlə təmin edilib.

Bildirilib ki, bu il Peşə Təhsil Mərkəzini 10 ixtisas üzrə 114 tələbə bitirir.

Mərkəzdə tələbələr ilk dəfə olaraq İsveçrə Universitetinin diplomunu da əldə edə biləcəklər. Azərbaycanın peşə təhsil sistemində ikili diplom ancaq bu mərkəzdə verilir. İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə "İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik" ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar.

COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur.

Qeyd edək ki, İZİA-nın Peşə Təhsil Mərkəzində ilk dəfə olaraq "Məzun günü" keçirilib. Tədbirdə tələbələrlə yanaşı, onların ailə üzvləri, Mərkəzin müəllim və işçi heyəti, eləcə də dövlət və özəl qurumları təmsil edən qonaqlar iştirak ediblər.(oxu.az)

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Azərbaycanda kərə yağının qiyməti bahalaşdı - Video

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Ən çox oxunanalar