Çərşənbə axşamı, 13 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin səviyyəsi 2005-ci ildən 1,19 m düşüb

"Xəzər dənizinin səviyyəsi 2005-ci ildən düşür".

PİA.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm düşüb: "Ən çox düşmə bu il qeydə alınıb. Bu il Xəzərdə suyun səviyyəsi 30 sm enib".

O qeyd edib ki, bu il ərzində Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub: “İqlimin istiləşməsi Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaranır”.

U. Tağıyeva 2021-ci ilin yekununda səviyyənin daha da aşağı enəcəyinin gözlənildiyini bildirib: “Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə 2022-ci ilin mart ayında seminarının keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Video

Fəzail İbrahimli Masallıda seçicilərlə görüşüb - Foto

Faciəvi şəkildə ölən 38 yaşlı Aybənizin fotosu - evi təmizləyib, yeməyi bişirib...

Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır 

Pezeşkian yeni nazirlərini açıqladı – Bakı üçün kritik isim

Laçında keçirilən görüş Ermənistanda narahatlıq yaradıb - Fotolar

Azərbaycanda bu avtomobillərə maraq kəskin azaldı - Video

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadılıb? - Araşdırmalara başlanıldı

FHN Mingəçevirdə 35 yaşlı kişinin suda batması faktı ilə bağlı məlumat yayıb - Yenilənib

Rus ordusunun çıxdığı kəndə adını verən məşhur erməni: 57 il öncə Azərbaycan haqda nə yazıb?

Rusiya Kurskda Ukrayna hərbçilərini vurdu - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay