Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən qurtarmaq istəyi”...

Rusiya prezidenti deyib ki, Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb...

Politoloq: “Rusiya prezidenti Vladimir Putin və onun özü kimi olan ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar. Elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər”.

“Kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb?”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Putinin dəyişməyən Ukrayna mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Putin deyib ki, guya o Ukraynadakı rusları Kiyevdəki “faşist rejimindən” qurtarmaq üçün müharibəyə başlayıb. Aydın məsələdir ki, rus dünyasını düşünən birisi Ukraynanın şəhərlərini bombalamaz, mülki insanları qətlə yetirməz və 100 minlərlə rus gənci müharibəyə göndərib öldürməzdi.

Putinin bu bəhanəsi onun hələ də, kütləvi törətməkdə davam edəcəyinə işarədirmi? Ümumiyyətlə, Putinin və rəsmi Moskvanın Ukrayna müharibəsi ilə bağlı yanaşması beynəlxalq hüquq və qaydalara uyğun gəlirmi?

Rusiya-Ukrayna müharibəsinin görünən gələcək taleyini PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiyanın Ukrayna müharibəsi ilə bağlı yanaşması heç bir beynəlxalq hüquq və qaydalara uyğun deyil”.

Rusiyanın dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, bu zərbə nəticəsində 30 nəfər dinc Ukraynalı öldürülüb və kim zəmanət verə bilər dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur:

“Əvvəla qeyd edim ki, Rusiya prezidenti Vladimir Putin və onun özü kimi ətrafı “rus dünyasının müdafiəsindən” çox danışırlar. Elə Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibənin başlanması səbəbini də bununla izah edirlər.

Bildiyimiz kimi Rusiyanın işğalçı ordusu Ukraynada geri çəkildiyi ərazilərdə qətliamlar törədib. Bəs kim zəmanət verə bilər ki, Buçada öldürdükləri insanlar arasında milliyətçə ruslar olmayıb? Və ya Rusiya dünən axşam Ukraynanın Dnepr şəhərini raket atəşinə tutub, böyük bir bina dağılıb, dağıntılar altından 30-dan artıq cəsəd çıxarılıb. Kim zəmanət verə bilər ki, dağıntılar arasında ölənlər içərəsində rus mənşəli Ukrayna vətəndaşı yoxdur?

O biri tərəfdən Kreml sahibi müharibədə gənclərini ölümə göndərir, müharibədə ölən rus gənclərin sayı 100 mini keçib. Putin ölümə göndərdiyi gəncləri də düşünmür? Niə o gənclər Putininxəstə xəyalalrı naminə ölməlidirlər?

Rusiyanın müxalifət liderlərindən Qriroqi Yavlinski son müsahibəsində doğru deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi SSRİ-nin Almaniyaya qarşı müharibəsinə bənzəmir. Almaniya SSRİ-yə hücum etmişdi, SSRİ işğalçılara qarşı savaşırdı, indi isə tərsinə işğalçı Rusiyadır, işğala qarşı savaşan isə Ukraynadır. İşğalçılar gec və ya tez məğlub olurlar.

Rusiyanın Ukrayna müharibəsi ilə bağlı yanaşması heç bir beynəlxalq hüquq və qaydalara uyğun deyil. Əksinə olaraq Rusiya bu müharibə ilə bütün beynəlxalq hüquq və qaydaları heçə sayır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar