Çərşənbə axşamı, 23 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Diaspora komitəsinin rəhbərliyi xaricdəki azərbaycanlılara ticarət subyekti kimi baxır”

Diasporla İş üzrə Dövlət Komitəsi 44 günlük müharibə dövründə diaspora nümayəndələrinin fəaliyyətini görməzdən gəldi”

İstər 44 günlük müharibə dövründə, istər ondan öncə, istərsə də ondan sonra xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyəti ürəkaçan olmadı. Bu tək bizim analizlərimizin nəticəsi deyil, həm xaricdə yaşayan həmyerlilərimizin gəldiyi qənaət, həm də Azərbaycanda yaşayan vətəndaşlarımızın müşahidələridir. Bu barədə xaricdə yaşayan həmyerlilərimizin yazdıqları və səsləndirdikləri iradlar da bunun bariz nümunəsidir.

Sirr deyil ki, dünyada ən güclü diasporalardan biri yəhudi diasporası, ikinci yerdə isə erməni diasporası dayanır. Döyüş meydanında Ermənistan ordusunu 44 günə məhv etsək də, əfsuslar olsun ki, diaspora fəaliyyətində düşmənə yenildik də deyə bilərik.

Correct.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət deyir ki, Ermənistanın diasporasının güclü olması bizdən yüz il öncə formalaşması ilə bağlıdır:

“Bizim diaspor tariximiz qədim deyil. Azərbaycan diasporu yeni formalaşır. 1918- ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Avropa, Amerika və başqa coğrafi ərazilərə yayılan həmvətənlərimiz olsa da, onların sayı çox az idi. Əsas diasporumuz 1988-ci ildən başlayıb. Diaspor fəallarının tarixinə nəzər yetirsək onların gedişinin xalq hərəkatı ardından müstəqilliyinin qazanılmasından sonra olduğunu görə bilərik. Bəzən insanlar ermənilərin diasporlarının niyə güclü olduğunu soruşurlar. Erməni diasporu bizdən yüz il öncə formalaşmağa başlayıb. Onlar bizdən yüz il öncə Amerikanın ştatlarına yerləşdikləri üçün bu gün orda xüsusilə Kaliforniya ştatında söz sahibidirlər. Amerikada amerikalı kimi doğulub, böyüyüb, söz sahibi olublar. Avropada xüsusilə Fransada çoxluq təşkil etdikləri üçün informasiya müharibəsində üstünlükləri olur. Daha gec diaspor formalaşdırmağımız bəhanə olmamalıdır. Azərbaycan 30 ilə yaxın yol keçib, eyni zamanda diaspor fəallarımız Rusiya, Amerika və bir çox ölkələrdə oturuşublar. Diaspor fəaliyyətimizin qüsurları yalnız obyektiv səbəblərdən deyil, həmçinin məsuliyyətsizliyimizdən, naşılığımızdan, başısoyuqluğumuzdan irəli gəlir”.

Azər Həsrət qeyd edir ki, Diaspora komitəsi müharibə dövründə diaspora nümayəndələrinin fəaliyyətini də görməzdən gəldi:

“44 günlük müharibədə Azərbaycanın diaspor nümayəndələrinin olduqca yaxşı fəaliyyət göstərdiklərini müşahidə etdim. Təəssüflər olsun ki, Diaspor komitəsi bu fəaliyyətləri görməzlikdən gəldi. Ümumilikdə yaxşı işlərimiz az olmasa da, hələ bu sahədə görüləcək işlərimiz həddindən artıq çoxdur”.

“Diaspora komitəsinin rəhbərliyi xaricdəki azərbaycanlılara ticarət subyekti kimi baxır”

Tarixçi alim, siyasi icmalçı Xaləddin İbrahimli isə Correct.az-a açıqlamasında deyir ki, xaricdə fəaliyyət göstərən diaspora təşkilatları parçalanmış vəziyyətdədir:

Azərbaycan diasporu formalaşmamış olsa da, diaspora fəaliyyətinə çox ehtiyacımız var. Dünyada təxminən 50 milyon Azərbaycan türkü var. Bunun 10 milyonu müstəqil, qalanı Cənubi Azərbaycan daxilbaşqa ölkələrin tərkibində yaşayırlar. Dövlət özünün diaspora siyasətini qurmalıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanın xaricdəki diaspora təşkilatları parçalanmış vəziyyətdədir.

İki tərəf var. Birinci tərəf mövcud siyasi idarəetməni dəstəkləyir, digəri diaspor təşkilatının funksiyasının idarəetməni dəstəkləmək olmadığı iddiasını ortaya qoyur. Güney Azərbaycan diasporasında bölünmüş tərəflərdən biri İran, fars rejiminin gizli və ya açıq tərəfdarlarını dəstəkləyir, digər tərəf onlara qarşı çıxır. Azərbaycan diasporası ilk növbədə Güney və Quzey Azərbaycan arasında fərq qoymadan fəaliyyət göstərməli, idarəetmədə kimin olmasından asılı olmayaraq milli problemlərin həllinə yönəlməlidir.

İnsanlar diaspor təşkilatlarına güvənməyərək fərdi təşəbbüslər etməyə çalışırlar. Bu belə olmamalıdır. Azərbaycan və Türkiyə, Güney və Quzey Azərbaycan vahid diaspor şəklində birləşməlidir. Ən azından ümumilli məsələlərdə güclər bir arada olmalıdır. Təəssüflər olsun ki, bu sahədə olan təşkilati əksiklər normal fəaliyyətə icazə vermir. Erməni diasporasında bu fərqlidir. Bir çox təşkilatları fəaliyyət göstərir, fəaliyyətlərinə düzəlişlər edirlər, çəkici bir zindana vururlar. Bu səbəbdən effektiv nəticələr əldə edirlər”.

Xaləddin İbrahimli əlavə edir ki, Diaspora komitəsinin əvvəlki rəhbərliyi xaricdə yaşayan azərbaycanlılara ticarət subyekti kimi baxsa da yeni rəhbərlik də əvvəlkindən çox da fərqlənmir:

“Diasporla iş üzrə Dövlət Komitəsinin bünövrəsi yanlış qoyulub. Onlar Borçalıları, Dərbənddəkiləri, bəzən Güney Azərbaycandakıları diaspor hesab etdilər. Halbuki onlar tarixi yaşadıqları yerdə məskunlaşıblar. Rus imperiyasının siyasəti nəticəsində zaman-zaman parçalanıb, fərqli dövlətlərin tərkibində qalıblar. Azərbaycan coğrafiyanın harasıdır, birinci bunun tərifi verilməlidir. Bura daxildir: Güney və Quzey Azərbaycan, Dərbənd, Borçalı, azərbaycanlılardan təmizlənsə də Ermənistan əraziləri. Bu tarixi Azərbaycan torpaqlarıdır. Diaspora komitəsinin əvvəlki rəhbərliyi xaricdəki azərbaycanlılara ticarət subyekti kimi baxırdı. Onun işi intiriqalar yaratmaq, ticarətlə məşğul olmaq idi. Bu formalaşmaqda olan diaspor təşkilatlarına böyük zərbə oldu. İndi hansı işlə məşğul olduqlarını bilmirəm. Lakin nəticə göz qabağındadır. Bir tərəfi İran rejimi parçalayıb, digər tərəfi Bakının siyasəti. Çoxları bu səbəbdən bir araya gələ bilmirlər. Düşünürəm ki, ortada əvvəlki komitənin fəaliyyətindən fərqli bir şey yoxdur”.

Səsləndirilən iddialarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı İsmayılovun müavinləri kimlər oldular? - Yenilənib

Mikayıl Mirzənin oğlu: "Atam sağ olsaydı, mən səfir idim..."

Səfa Mirzəyevin yas mərasiminin keçiriləcəyi yer açıqlandı - Yenilənib

Bakıda azyaşlı övladını girov götürən və zərərsizləşdirilən şəxs "Beton Xosrov" ləqəbli tanınmış idmançı olub - Təfərrüat

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

"Elman Rüstəmov “Premium Bank” vasitəsilə Mərkəzi Bankdan 2,5 milyon manat məbləğində qanunsuz kredit götürüb"

Ədalət Şükürov bağını nümayiş etdirdi - Video

Şəmkirdə kişi arvadını bıçaqlayıb - Yenilənib

Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək

Ən çox oxunanalar