Bazar ertəsi, 05 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadədən BNA-a sərt sözlər: - "Vətəndaşların son ümidini əlindən almağa kimsənin haqqı yoxdur"

PİA.az xəbər verir ki, "ÜMİD" partiyasının sədri İqbal Ağazadə özünün Facebook səhifəsində Bakı Nəqliyyat Agentliyinin taksilərlə bağlı verdiyi son qərarı sərt tənqid edib. İ.Ağazadənin fikirlərini olduğu kmii təqdim edirik:

"Bakı Nəqliyyat Agentliyinin taksi şirkətləri ilə bağlı qərarı sərnişindaşıma xidmətilə məşğul olan şirkətlərin və sürücülərin haqlı narazılığına səbəb olub.

İlk növbədə onu qeyd edim ki, uzun illərdir Milli Məclisdən tələb olunmasına baxmayaraq, "Rəqabət haqqında" Qanun qəbul olunmur. O cümlədən BNA-nın yanaşması qüvvədə olan "Haqsız rəqabət haqqında" Qanunun tələblərinə də ziddir.

İş tapa, ailəsini dolandıra bilməyən çoxsaylı insanlarımız məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olurlar.

Taksi sürücüləri içərisində həkim, müəllim, iqtisadçı, mühəndis və s. peşə sahiblərinə hər gün rast gəlirik.

Təəssüf ki, vətəndaşlarımız son ümid yeri kimi taksi fəaliyyətini seçməli olurlar - dolanışıq, balasına çörək aparmaq üçün. Bu imkanı da onların əlindən almağa kimsənin haqqı yoxdur. Çıxış yolu bu deyil.

P.S. BNA-ya təklifim isə illər öncə tərəfimdən səslənmişdi. Yazıqlar olsun ki, kimsə o təklifi eşitmədi.

Bir daha xatırladıram:

Azərbaycanda üç avtomobil zavodu var. Təklif etmişdim ki, ölkədaxili fəaliyyət göstərən taksi şirkətləri yalnız yerli avtomobilləri alsınlar və tədricən bütün taksilər yerli istehsaldan formalaşsın. Bu, həm ölkədaxili istehsala, həm rəqabətə, həm də işsizliyin aradan qalxmasına yardım edəcək. Kimsə iddia etməsin ki, yerli avtomobillərin keyfiyyəti aşağıdır və ya standartlara uyğun gəlmir. Əgər belədirsə, onda niyə bu sahəyə milyonlarla vəsait qoyulub? Əgər bir avtomobil zavodunun istehsalı taksi xidmətinə yaramırsa, nədən dövlət vəsaiti ora yönəldilib?

P.P.S. London taksilərində gəzməkdənsə, vətəndaşımızı londonlular kimi yaşamağa öyrətməliyik". (Azsiyasət.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əlahiddə general”- Seyidov niyə indi Naxçıvanda komandan oldu?

İran üç cəbhədən hücuma keçəcək - Tarix verildi

İsa peyğəmbərin çarmıxa çəkildiyi yerdə sensasiyalı tapıntı - Foto

Paris-2024-də günün yekunu: Azərbaycanın iki idmançısı finala vəsiqə qazanıb 

Polat Alemdarın uzun zamandır gizlətdiyi oğlanlarının fotosu

Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib - Yenilənib

Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib

Ən çox oxunanalar