Şənbə, 21 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub...

Poliqon xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan mərasimdə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin rəsmiləri ilə yanaşı, ölkənin mədəni-ictimai xadimlər, görkəmli kino adamları iştirak edib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın kino tarixinə nəzər salaraq kino xadimlərini təbrik edib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son dövrlərdəki problemlərə toxunub: “Bizim kinonun, ən azından, 30 il bundan öncəki sürətə düşməsini arzu edirəm. Bunun üçün birlikdə işləmək gərəkdir. Müəyyən səbəblərə görə Azərbaycan kinosunda ləngimə baş verdi. Amma artıq o problemlər həll olunub”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu da, öz növbəsində, kino adamlarını təbrik edib.

Orxan Fikrətoğlu artıq Azərbaycan kinosundakı durğunluq dövrünün arxada qaldığını bildirib.

Daha sonra agentliyin hesabatı və Mədəniyyət Nazirliyinin müxtəlif kino adamlarına mükafatı təqdim olunub.

Yekunda yubiley filmlərinin fonunda konsert proqramı və yeni filmin premyerası olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya bir neçə aydır Kurskun işğalını gözləyirmiş - Sənədlər ələ keçirilib...

Elman Rüstəmovun həbsdəki şərikinin sensasion məktubu üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

Politoloq: İranda hər kəs, Xamenei də, SEPAH da, Pezeşkian da öz rolunu oynayır...

Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar

İsrailin Beyruta zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb - Yenilənib

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, tələbələrlə görüşüb - Yenilənib

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Zaxarova: Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır

Politoloq: Moskva-İrəvan münasibətləri göründüyü qədər də gərgin deyil...

Ən çox oxunanalar