Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Apple" cihazlarının kilidini ürək ritmi ilə açmaq mümkün olacaq

Artıq öz cihazlarında "FaceID" və "TouchID" texnologiyalarını tətbiq edən "Apple" şirkəti biometrik identifikasiya sahəsində yeni addıma hazırlaşır...

Poliqon oxu.az-a istinadən bildirir ki, korporasiya cihazların kilidini açmaq üçün istifadəçinin unikal ürək ritmindən istifadəni nəzərdə tutan patent üçün müraciət edib.

Hesabatda təsvir edilən yeni patent istifadəçinin ürək fəaliyyətini aşkarlaya bilən sensorların "iPhone"a inteqrasiyasını nəzərdə tutur. Bu, sadəcə əlinizdə tutaraq və ya "Apple Watch" taxaraq cihazın sahibini müəyyən etməyə imkan verəcək.

Bu gün "Apple" istifadəçiləri sistem təsdiq tələb etdikdə sadəcə "Apple Watch"un yan düyməsini iki dəfə basmaqla "Mac"larının kilidini aça bilərlər. Bu funksiya avtomatik olaraq parolu daxil edir və istifadəçinin onu yazmasına ehtiyacı aradan qaldırır.

Yeni patent "iPhone"u ürək döyüntüsünü ölçən cihaza çevirməyi təklif edir. Yeni modul nəinki nəbzi ölçəcək, həm də EKQ məlumatlarını təhlil edərək istifadəçinin əhvalını müəyyən edəcək.

"Bəzi hallarda elektron cihaz ürək siqnallarından istifadəçinin emosional vəziyyətini müəyyən edə və müvafiq məlumat verə bilər", - deyə patentdə bildirilib.

Poliqon.info


Etiket: Apple


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay